İki rayonun başçısından fermerlərə zərbə - icra hakimiyyətləri taxıl sahələrini “yandırır”
Tarix: 30-10-2017, 07:18 | Çap et
Kürqırağı ərazidə yerləşən Saatlı, Sabirabad, Zərdab və Kürdəmir rayonlarında səpilən on min hektarlarla taxıl sahələri susuzluqdan əziyyət çəkir. Buna səbəb isə Kür çayından su vuran nasosların enerji təchizatının dayandırılmasıdır.
Kürdəmirin Şüşün kənd sakini, fermer Baha Mikayılovun “Yeni Müsavat”a verdiyi məlumata görə, artıq 10 gündən çoxdur ki, payızlıq taxıl əkinləri üçün son dərəcə zəruri olan son suvarmanı apara bilmirlər. Belə ki, bütün Kürqırağı ərazilərdə suvarma nasoslarının elektrik təchizatı əhalidən ayrılaraq vahid xəttə salınıb. Əkin sahibləri enerji pulunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarına ödəyir, sonuncular isə mərkəzləşmiş qaydada “Azərişıq” ASC-yə: “On gündən çoxdur nasoslara enerji verilmir. Təkcə Kürdəmirin Kür qırağında 32 kəndi var - hamısında suvarma nasosla aparılır. Bizim Şüşün kəndində min hektardan çox sahəyə taxıl səpilib. Bu vaxt üçün lazım olan suyu vura bilmirik, heç camaat evdə işlətməyə, mal-qaraya verməyə də su tapmır. Biz pulu su idarəsinə ödəyirik, heç kimin də borcu qalmayıb. Kimə üz tutduqsa, dedilər, bizlik deyil. Axırda ağsaqqallarla yığışıb Kürdəmir rayon İcra Hakimiyyətinə getdik, onlar da dedilər, bizlik deyil. Dünən səhər 500 nəfərədək adam yığışdıq ki, Şüşün kəndi ərazisində Zərdab-Kürdəmir yolunu bağlayaq. Dərhal Kürdəmir rayon Polis İdarəsinin əməkdaşları gəldi, sonra da başçının birinci müavini Tacəddin müəllim. Camaatla danışdı, yuxarılara kimlərəsə zəng vurdu. Dedi ki, məsələ həll olunacaq, nasoslara elə bu gün enerji veriləcək.”
Fermerin dediyinə görə, dünəndən enerji verildiyi deyilməsinə baxmayaraq, hələ də xətlərə su vurulmayıb: “Hələ gözləyirik, görək suyu verəcəklərmi. Verməsələr, birigün yenidən yığışıb yolu bağlayacağıq. Başqa yolumuz qalmayıb, min əziyyətlə əkdiyimiz sahələr yanıb gedir, ev-eşikdə işlətməyə su tapmırıq. İki dövlət qurumu öz aralarında hesablaşa bilmir, əziyyətini biz çəkirik.”
Qeyd edək ki, taxıl əkininin hər hektarına görə fermerlərə dövlət tərəfindən 40 manat, yanacaq və motor yağlarının istifadəsinə görə isə 50 manat subsidiya ödənilir. Fermerlər deyirlər ki, indi əkinlər zəruri suyu almasa, on min hektarlarla sahədə məhsuldarlıq ikiqat düşəcək, dövlətin də pulu boşuna xərclənmiş olacaq.
“Yeni Müsavat”a danışan zərdablı fermer isə bildirdi ki, enerji haqqının ödənməməsində rayon icra hakimiyyətləri daha çox məsuliyyət daşıyır: “Rayon su idarələri icra hakimiyyətlərinin nəzarətindədir. Onlar ödəmə deyirsə, ödəmirlər, ödə deyirsə, ödəyirlər. Amma icra hakimiyyətinə gedirsən, camaata deyirlər ki, bizlik deyil.” Fermerin dediyinə görə, onlara Kürqırağı rayonların su təchizatı sistemi üzrə enerji haqqı borcunun 1 milyon manata yaxın olduğu bildirilib.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev “Yeni Müsavat”a bildirib ki, oktyabrın 29-da əhalinin müraciəti nəzərə alınaraq su qurğularının elektrik enerjisi təchizatı bərpa olunub: “Noyabrın 10-dək Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli qurumlarına və rayon icra hakimiyyətlərinə vaxt verilib ki, borcun ödənməsi təmin olunsun. Həmin vaxta qədər ödənməsə, təchizat yenidən dayandırılacaq.”
İstirahət günü olduğu üçün Meliorasiya və Su Təsərrüfatı ASC və yerli qurumlarından telefonu qaldıran olmadı. Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
• Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33 |
|
|
|
• Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
|