Bakı sakini fırıldağın qurbanı olduğunu deyir... - İDDİA
Tarix: 25-10-2017, 08:27 | Çap et
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya,
Azərbaycan Respublikasının Ədliyyə naziri cənab F.Məmmədova,
Azərbaycan Respublikası Prezident Adminstrasiyası
Hüquq şöbəsinin müdiri cənab F.Ələsgərova,
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab R.Usubova,
Azərbaycan Respublikasının baş nazirin müavini cənab Əli Həsəsnova,
Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova,
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab M.Quliyevə,
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisi cənab E.Quliyevə,
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə,
DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisinə,
Bakı şəhər baş Polis İdarəsinin rəisi cənab M.Seyidova,
DİN-nin Nərimanov Rayon Polis İdarəsinin rəisinə.
Ağdam rayonundan olan məcburi kökçün, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mk-r.n, Moskva prospekti, ev 70, mən.28-də müvəqqəti kirayədə yaşayan zərərçəkmiş, Cəfərzadə İfadə İsgəndər qızı tərəfindən
“Barəsində 03 dekabr2015-ci ildə Nərimanov Rayon Polis İdarəsində AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə cinayət işi başlanmış Əskərov Nazim Mahmud oğlunun, Gözəlov Famil Qasım oğlunun və “Atabank” ASC-nin Xəzəzr filialı müdirinin qanunazidd hərəkətləri” barədə
Ş İ K A Y Ə T
Mən, 01 fevral 1965-ci ildə Ağdam rayonun işğal altında olan Boyəhmədli kəndində anadan olmuşam, Ağdam rayonunun Qasımlı Ə/NPoladlı kəndində qeydiyyatdayam.
2006-cı ildən əvvəllər Təhsil Nazirliyinin nəzdində olan Uşaq bağçalarının Maddi-Texniki Bazasında anbar müdiri vəzifəsində çalışırdım. Əslən Gədədbəy rayonun Şınıx kəndindən olan həkim təhsilli Əskərov Nazim Mahmud oğlu isə həmin Bazanın müdiri vəzifəsində işləyirdi. Mən Nazimlə elə 2006-cı ildən xidməti iş vaxtı tanış olmuşam. 2010-cu ildə N.M.Əskərov mənə bildirdi ki, Badamdar qəsəbəsindəki villasını təmir etdirmək istəyir.O təklif etdi ki, bunun üçün mən Binəqədi rayonu, Sulutəpə qəsəsbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli mənzilimi Ekspressbanka girov qoyub 50000 ( əlli min) manat kredit götürüb ona verim. Əvəzində Nazim evdə saxladığı kirayəçi ərəblərdən mənə 100000(yüz min) manat verəcəyinə
söz verdi. Mən Nəsimi rayonu, Əcəmi metrosunun yanındakı Eksperress bankın Nəsimi filialından nəzərdə tutulan məbləği girov müqabilində götürüb Nazimə verdim. Bu məslədən əvvəl isə Nazim mənim Biləcəri qəsəbəsindəki, sənədsiz ikimərtəbəli,4 otaqlı mənzilimi təklif etdi ki, gəl evi satıb Rusiyada qazanclı iş görək.Və özünə yaxın makler vasitəsilə evi satıb iş dalınca özünə yaxın qohumu olan Gözəlov Famil Qasım oğluilə birlikdə Rusiyaya getdilər.Qeyd etdilər ki, bütün pullarını Rusiyada hansısa biznes üçün qoyublarmış. Nazim həm də bildirdi ki, narahat olmayım, aldığı bu pulla Rusiyada qazanc əldə edib artıqlamasıilə qaytaracaqdır. Eynizamanda tezliklə əldə edəcəyi pulla bankın borcunu da bağlayacağını və qalanını isə mənə verəcəyini vəd verdmişdir. Lakin bir müddətdən sonra bankdan mənə borcun qaytarılması üçün xəbərdarlıq zəngi olundu. Dərhal Nazimə zəng edib banka olan borcun tam ödənilməsini tələb etdim. Nazim də borcu tam bağladı və evimi girovluqdan azad olunmasına şərait yaratdı. Elə bu zaman 2013-cü ilin oktyabrın 17-də rayonda yaşayan qardaşım ağır xəstəlikdən vəfat etməsilə əlaqədar Ağdama hüzr yerinə getməyə məcbur oldum. Bu arada Nazim mənə bildirdi ki, yaxşı olardı ki, Bakıya bir günlük gəlim ki, evimin mülkiyyət sənədlərini bankdan geri almaq üçün ona notarial qaydada etibarnamə verim. 20 oktyabrda (bazar günü) mən Bakıya gəldim. Nazim qohumu və dostu olan Famillə 43 saylı Notariat Kontoruna gedib əvvəlcə danışdılar. Bu arada mən avtomobildə onları gözləyirdim. Etibarnamə hazır olduqdan sonra məni imzalamağa dəvət etdilər. Və dərhal sonra məni yenidən rayona hüzr yerinə yola saldılar. Sonradan mənə məlum oldu ki, Nazim və Famil Ekspressbankda girov qoyulmuş evimin sənədlərini baş etibarnamə əsasında götürüb və dərhal da (08 noyabr 2013-cü ildə) “Atabank” ASC-nin Xəzər filialınının müdiri ilə (Familin yaxın dostu olan)gizli sövdələşmələr apararaq mənim adımdan şəxsi məslələr üçün istifadə etmək üçün 95000 manat pul götürərək Binəqədidədiki evimi yenidən banka girov qoymuşlar. Yəni Nazim qohumu Familə də etibarnamə verməklə mənim xəbərim olmadan mənə məxsus Sulutəpə qəsəbəsində 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü qanunsuz olaraq Nərimanov rayonunda, H.Əliyev pros.91 ünvanda yerləşən “Atabank” ASC-nin Xəzər filialına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyaraq əvəzində aldıqları 95000 manat pulu mənimsəməklə mənə külli-miqdarda ziyan vurmuşlar.Sonradan mənə sənədlər əsasında məlum olmuşdur ki, 8 noyabr 2013-cü il tarixli Atabank”ASC-nin tərtib etdiyi İpoteka müqaviləsində mənim adımdan ipoteka qoyan etibarnamə əsasında mənim əvəzimə imzalayan Gözəlov Famil Qasım oğlu (Bakı ş., 4-cü Mk/rn, Ə.İsgəndərov küçəsi ,ev 3/1, mən 51-də yaşayan, Şəx.vəsiqəsi AZE N-06084954)olmuş, “Kredit alan” isə Nazim Əskərov( Bakı, 9Mk-rn, Cavadxan küç.ev.3, mən.42-də yaşayan, şəx.vəs.AZE N-08223781) Sonradan bankın Nazim Əskərovun adına göndərdiyi bildirişlərdən məlum olur ki, əsas borcdan, faiz borcundan ödəmələrin vaxtında edilməsi tələb edilir. Baxmayaraq ki, ipoteka müqaviləsi üzrə kredit götürən Nazim Əskərov bankın ödəniş cədvəlini şəxsən imzalayaraq öhdəlik götürmüşdür.
Mənim mülkümün bu dəstə tərəfindən dələduzluq yoluilə banka girov qoyaraq əvəzində pul götürərərk mənimsəmələrindən yalnız 2014-cü ilin əvvəlində xəbər tutdum. Belə ki, “Atabankın”Xəzər filialının problemli kredit üzrə mütəxəssisi olan Elşən adlı əməkdaşı mənə zəng edərək bildirdi ki, kreditin vaxtı-vaxtında ödənilməsi lazımdır.Bugünə qədər krediti ödəməmisiniz. Dərhal “Atabank”ın 28 May-da yerləşən mərkəzi ofisinə gedib Elşənlə görüşüb işin nə yerdə olduğunu soruşdum. Bird aha qeyd etdi ki, 15 dekabr 2013-dən sonra aldığınız kredit üzrə ödəniş yoxdur.Mən dərhal Nazimə zəng edib niyə mənim icazəm olmadan belə hərəkət etməsinin səbəbini soruşdum. Və dərhal bankın borcunun tam ödənilərərk evimin girovluqdan azad edilməsini tələb etdim. Sonra Famillə görüşdüm. O da izah etdi ki, nə qədər pul götürmüşəmsə hamısını Nazimə vermişəm, mənlik bir iş yoxdur. Nazim isə mənə bildirdi ki, narahat olmayım, qoy oğlumu Rusiyaya aparıb müalicə etdirim (narkotikdən əziyyət çəkən oğlunu)sonra qayıdıb gələn kimi bankın pulunu tam ödəyəcəyəm. Lakin Nazim mənim bank məsələsindən xəbər tutduğumu bilən kimi Rusiyaya qaçdı və geri qayıtmadı.
Mən Nazimin Rusiyadan qayıtmadığını görüb məqsədini anladım və 2015-ci ilin oktyabrında “Atabank” ASC-nin yerləşdiyi Nərimanov rayonu üzrə Polis İdarəsinə dələduz dəstə haqqında şikayət ərizəsi təqdim etdim. Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi,polis kapitanı Elşən Zamanov fakt üzrə CM-nin 178.3.2-ci maddəsilə 150060444saylı cinayət işinin başlanması barədə 03 dekabr 2015-ci il tarixində qərar qəbul etmişdir.Lakin bu işin nəticəsi haqqında mənə bugünə kimi heç bir məlumat verilməmişdir.
Bu arada, yəni, 2015-ci ilin fevralında pulun ödənmədiyini görən “Atabank” ASC-nin Xəzər filialının müdiri əvvəlcədən Nazim-Famil dəstəsilə gizli sövdələşdiyi kimi, ödənişin aparılmadığı 13-cü ayın başında məni və kredit alan Nazim Əskərovu Binəqədəi rayon məhkəməsinə iddia ərizəsi verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edilmiş və 2016-cı ildən icraata yönəlmişdir. Mənə məxsus mülkün açıq hərracda satılaraq borcun tam ödənilməsi üzrə icra işləri hazırda davam etdirilir. Maraqlı burasıdır ki, Bankın “Xəzər” filialının müdiri əvvələrdə belə maxenasiyalarına görə DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində istintaqa cəlb edilmiş və sonradan vəzifəsindən azad edilmişdir. Yəni, 48 ay müddətinə verilmiş 95000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazaar dəyəri 400000 manat olan əmlakımın ələ keçirilmə məqsədi daşımışdır. Yoxsa ki, borcun qaytarılma müddəti 2017-ci ilin noyabrın 15-dək təyin olunmasına baxmayaraq bank müdiri niyə tezbazar əl-ayağa düşməsini anlamaq çətindir. Bəlkə. Kreditoru götürən və milyonlarla ölçülən varidata sahib olan Nazim Əskərov özünün də dediyi kimi borcu tam bağlamaq istədi. O zaman 4 illliyə verilmiş krediti 2 il vaxt keçməmiş dərhal ödənilməsini məhkəmə qaydasında tələb etməyin anlamı nədir? Deməli, Nazim-Famil və onun dostu olan bankın filial müdiri mən mülk sahibinin xəbəri olmadan əvvəlcədən gizlisövdələşərək “hər kəs öz payını götürsün”prinsipilə dələduzluq etmişlər.
Mən məcbur olub 2017-ci ilin fevralında onun arxasınca Rusiyaya getdim və görüşərək bank məsləsini tez bir zamanda yoluna qoymağı istədim. O yenə də söz verdi ki, bankın pulunu iki dəfəyə - bu ilin martında, qalan hissəsini isə avqust ayına qədər ödəyib qurtaracaqdır. Lakin yenə də o məni aldatdı, pulu ödəmədi.İkinci dəfə 2017-ci ilin avqustunda yenə onun dalınca Rusiyaya getdim, lakin onu tapa bilmədim.Bu müddət ərzində onunla telefon əlaqəsi saxlayarkən məni ölümlə hədlədi, dediki, bu işin arxasınca az düş, yoxsa səni məhv edərəm. Narkoman oğlu də mənim 6-cı sinifdə oxuyan oğluma zəng edərək hədləmişdir ki, səni özüm gəlib öldürümmü, yoxsa başqasını göndərimmi?.
Nazim 2014-cü ilin fevralından 2017-ci ilin sentyabrın 25-dək Rusiyada gizlənmiş və vəziyyətin sakitləşdiyini yəqin etdikdən sonra son 20 gündə Azərbaycana qayıtmış və yaxın qohumlarının verdiyi məlumata görə hazırda doğma yurdu olan Gədədbəy rayonun Slavyanka kəndindəki 0,6 ha ərazidə inşa etdirdiyi əzəmətli imarətdə yaşayır və qonşu Qoşabulaq kəndində əvvəllər quraşdırdığı su sexində yenidənqurma işlərinə start vermiş, biznesini genişləndirməklə məşğuldur. Nazim 2014-cü ilin əvvəlində Rusiyaya qaçdıqdan sonra Bakıda,Qubada və Gədəbəydə olan çoxsaylı daşınmaz əmlkalar olan mülklərini baş etibarnamə göndərməklə arvadının və yaxın qohumlarının adına rəsmiləşdirmişdir. Ki, etdiyi dələduzluq əməlinə görə sabah qanun qarşısında cavab verəcəyi halda mənim kimi aldatdığı adamların hesabına milyonlarla manat dəyərində əldə etdikləri mülkləri əlindən çıxmasın. Nazim Əskərovun mülkləri barədə: 1. Səbail rayonu, Badamdar qəsəbəsi, Nəzərov küç..ev 42 ünvanda 0,30ha torpaq sahəsi üzərindəki 4 mərtəbəli (dəyəri 2 milyon manatlıq)villası. Hazırda da ərəblərə aylıq 12000 manata icarəyə verilmişdir.
2 Nəsimi rayonu, Cavadxan küçəsi, ev 3, mən 42-də yerləşən 4 otaqlı mənzili,
3 Badamdara qəsəbəsində “Talışlar” məhlləsində yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzili,
4 Baldızının yoldaşının (adi bir mühafizəçi funksiyası daşıyan) adına rəsmiləşdirdiyi Quba rayonundakı torpaq sahəsi və villası,
5 Gədəbəy rayonun Slavyanka kəndində 0,6 ha torpaq sahəsi üzərində böyük ölçülü villası,
6 Bakının, “Gənclik” Metro-st. yaxınlığındakı “Caspian Shopping” də 90 kv.m-lik şəxsi mağazası,
7 Badamdar qəsəsbəsində, Nəzərov küç.ev 42-də Villasının yanında yerləşən”Nicat” marketi.(Oğlunun adına rəsmiləşdirdiyi)
8 Gədəbəy rayonu, qaralar kəndində irihəcmli su sexi.
Nazim 2010-cu ildən sonra heç yerdə işləmir,ixtisasca sanitarhəkimdir.Qynı Faiq vaxtilə Bakı şəhər İcra Hakimiyyətində H.Abutalıbovun müavini olmuş və törətdiyi bir sıra qanunsuz əməllərə görə Rusiyaya qaçmışdır.
Çoxhörmətli cənab Prezident! Dələduz dəstənin rəhbəri N.Əskərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.2 maddəsi üzrə cinayət işi başlasa da o sərbəst surətdə hazırda Gədəbəy rayonunda su sexi biznesini genişləndirməklə məşğuldur. Sizdən artıq dərəcədə xahiş edirəm, ictimai təhlükəli Nazim Əskərovun və dəstəsinin yenidən Azərbaycanı tərk etməyincə tez bir zamanda qanun qarşısında cavab verməsi (mənə vurduğu ziyanın ödənilməsi) üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göstəriş verə və bu işi şəxsi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən təşəkkürlər!
Qoşma: 08.11.2013-cü il tarixli,İpoteka müqaviləsi, bank bildirişləri.17 vərəq.
N.Əskərovun imzaladığı bank ödəniş cədvəli 1 vərəq.
21.09.2015-ci il tarixli Binəqədi rayon məhkəməsinin qətnaməsi 9 vərəq,
Nərimanov Pİ-nin müstəntiqinin N.Əskərov barəsində başladığı 150060444 saylı, 03 dekabr 2015-ci il tarixli qərarın surəti 1 vərəq.
Hörmətlə, İfadə İsgəndərova. Mov. 070-884 32 34.
Tarix: 23 oktyabr 2017-ci il.DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
• Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33 |
|
|
|
• Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
|