“Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq” - Bu yoldursa, hanı PUL?
Tarix: 8-09-2017, 08:56 | Çap et
Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi başa çatmadan dağılıb. Bu barədə Toplum.Tv-yə Lerik sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, Noda-Şingədulan-Xanagah yolunun Ağçay kəndinə qədər olan hissəsi tamamilə dağılıb. Vətəndaşlar bunu Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafəyə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) “şebel”in tökülməməsi ilə əlaqələndiriblər. “Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq” Yolun Ağçaydan Xanagaha qədər olan hissəsi isə hazırda çəkilir: “Yolun bir hissəsi, Ağçaya qədər olan hissə çəkilmişdi. Amma bir il deyil ki, yol sıradan çıxıb. Hazırda Ağçaydan Xahagaha qədər olan hissə də çəkilir. Yolun keyfiyyətsiz çəkildiyi göz qabağındadır. Cənab prezident bu yola 17 milyona yaxın pul ayırıb, amma ortada belə bərbad nəticə var. Hələ cənab prezident bu yolun açılışına da gəlməyib. Sabah qəfildən durub Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”. “Rayonun Şingədulan və Zenoni kəndləri ərazisində yol tamamilə dağılıb. Sanki burada yol çəkilməyib. Bilmirəm, icra başçısı və yolu çəkən şirkət, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sabah cənab prezidentə nə cavab verəcəklər?”, – sakinlər bildirib. “Çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib” Sakinlər deyirlər ki, yolu çəkən şirkət “Yoltikintinəqliyyatservis” MMC ekologiyaya da ağır zərbə vurub. Ərazidəki çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib. Problemlə bağlı Ekologiya Nazirliyinə şikayət edildiyini, nazirliyin əraziyə komissiya göndərdiyini deyən sakinlərin sözlərinə görə, “Yoltikintinəqliyyatservis” MMC ilə bağlı heç bir ciddi ölçü götürülməyib. Rayonun Osyodərə kəndi ərazisindən axan dağ çayının vadisi dağıdılıb. Dövlətin vəsaitinin şəxsi maraqlara sərf edildiyini iddia edən Şivlə-Biləvər kənd sakinləri isə artıq ölkə başçısına müraciət ediblər. Zenonu və Şingədulan sakinlərinin isə yaxın günlərdə ölkə başçısına müracət edəcəkləri gözlənilir. Əvvəl 3 milyon, sonra 7 milyon, sonra da 6.6 milyon… Sakinlər deyirlər ki, 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yoluna 3 dəfə vəsait ayrılıb. Nəticə isə ortadadır… Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayırılıb. 19 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yolun tikintisinə əlavə olaraq, 7,0 (yeddi) milyon manat vəsait Lerik Rayon İcra Hakimiyyətinə ayrılıb. Amma bu dəfə də yolun tikintisi başa çatmayıb. Yol Noda kəndindən Ağçay kəndinə qədər çəkilib və dayandırılıb. Halbuki layihəyə əsasən yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt – beton qarışığından tikilməliydi… 1 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti sərəncamı ilə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılıb. Ümumilikdə yolun tikintisinə 16.6 milyon manat vəsait ayrılıb. Sakinlər deyirlər ki, yolun budəfəki hissəsini “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Masallı rayon Yol İdarəsinə tapşırıb. Yolun tikintisini isə indiyə qədər İcra Hakimiyyətinin sifarişi ilə özünü Almaniyanın “Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi kimi təqdim edən “Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirib. “İndi də həmin MMC-nin texnikası həmin yolun çəkilişində iştirak edir. Şirkətin rəhbəri Fuad Muxtarzadədir, ancaq tikintiyə onun atası İbrahim Kazımov rəhbərlik edir. İbrahim Kazımovun isə Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımovun qardaşıdır. Sözügedən şirkətin baş mühəndisi isə Lerik rayon İcra Hakimiyyətinin müavini Cəlil Baxşıyevin qardaşdır. Həmin şəxslərin isə eyni kənddən, yəni Lerikin Qışlaq kəndindən olması sirr deyil. İndi gördünüz, prezidentin ayırdığı pulları kimlər və necə xərcləyirlər?”, – sakinlər bildiriblər.
“Yoltikintinəqliyyatservis” MMC 2007-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. MMC-in təsisçisi Fuad İbrahim oğlu Muxtarzadədir. Şirkət cənub bölgəsində yol çəkilişində aktiv iştirak edir, bir neçə dəfə tenderi udub.
Lerik rayon icra başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov Toplum.Tv-nin əməkdaşına açıqlamasında bildirib ki, hazırda yolun çəkilişi davam edir: “Yol bu gün də istifadədir. Cənab prezident gəlməyibsə, o demək deyil ki, bu yoldan istifadə etmək olmaz. 36 km avtomobil yolu 19 milyon 800 min manat dəyərindədir. Layihə sənədləri bu dəyərdədir, amma təbii ki, dövlət tərəfindən 16 milyona yaxın vəsait ayrılıb. Gələcəkdə ayrılacaq, ayrılmayacaq o zamanın işidir. Orada hazırda yol tikintisi davam edir. Yol hələ təhvil verilmədiyinə görə, sürüşmələr də yaranır. Hələ istismara qəbul etməmişik və o şəkildə də qəbul etmərik. Yolun dediyiniz hissəsi 2014-2015-ci ildə çəkilib. Sonra maliyyə vəsaiti ayrılmadı, ona görə də qaldı. Amma 2016-cı ilin noyabr ayında prezident tərəfindən yenidən 6 milyon 600 min manat vəsait ayrılıb və hazırda o tikinti davam edir. Dağılıb, sıradan çıxmış yerlər də yenidən bərpa olunacaq və istismara qəbul ediləcək”.
Tikintini həyata keçirənlərin ekologiyaya vurduğu ziyana gəlincə, Məlikov buna belə aydınlıq gətirib: “Çayların məcrasını dağıtmırlar. Hansısa materialları çaylardan götürməlidirlər. “Qrabel”, çınqıl dediyimiz tikinti materialı var. Onu məcburən çaylardan götürürlər. Bizm öz yerli ənənəyə uyğun tikinti materiallarımız da mövcuddur ki, onu da çaylardan götürürlər. Həm də bunu bələdiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya hansı qruma aiddirsə, onlarla razılığa gəlib götürürlər. O məcraları da yenidən düzəldirlər ki, oradan heyvan, insan keçə bilsin. Bu da təbii ki, gələcəkdə problem yaranmasın deyə bizim nəzarətimiz altında onlar bərpa olunur. Dağıntıya imkan vermirik”. Vətəndaşlar isə ölkə başçısına müraciət etməkdə israrlı olduqlarını bildirirlər…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Bu gün, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Bu gün, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Bu gün, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
|