Ziya Məmmədovun yağmaladığı əkin sahələrini necə xilas etməli... - Sual budur!
Tarix: 31-08-2017, 08:18 | Çap et
Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi və neft hasilatımızın ildən-ilə azalması ilə ölkəmiz postneft dövrünə qədəm qoydu. Artıq əsas diqqət qeyri-neft sektoruna, xüsusən də kənd təsərrüfatı və sənayeyə ayrılıb. Ölkə başçısının qərarı ilə kəndlilərə verilən subsidiyaların həcmi artırılıb, fermerlərin xeyrinə bir xeyli güzəştlərin edilməsinə başlanılıb.
Lakin problemli məsələlərdən biri də öncəki illərdə kənd təsərrüfatı üçün yararlı olan torpaqların oliqarxlar tərəfindən zəbt edilməsidir. Demək olar ki, əksər bölgələrdə kəndlərin arasındakı əkinə yararlı münbit torpaqlar və ya heyvanların örüş yeri kimi istifadə olunan ərazilər zəbt olunub. Ölkə başçısının müvafiq tapşırığından sonra bir çox torpaqlar dövlətin torpaq fonduna qaytarılıb. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların qanunsuz istifadəsi və zəbt olunmasının qarşısının alınması ilə bağlı monitorinqləri davam etdirir. Prezidentin müvafiq fərman və sərəncamları ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Məqsəd torpaq ehtiyatlarından əsassız istifadə və ya torpaqların vətəndaşlar, hüquqi şəxslər tərəfindən uzunmüddətli istifadəsiz saxlanması hallarının qarşısını almaq, ondan səmərəli, məqsədli və qənaətli istifadəni təmin etməkdir.
Oliqarxların torpaqları zəbt etməsi ilə bağlı faktlardan biri də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Göyçay rayonunda Potu və Hüngütlü kəndləri arasındakı yüz hektardan artıq əkin sahəsini zəbt etməsidir. Məlumata görə, sabiq nazir torpağın istifadəsiz qalmasını pərdələmək üçün orada yonca əkdirir. Hələ 2014-cü ildə “Yeni Müsavat”ın Göyçaya ezam olunmuş reportyor qrupu yazırdı ki, Ziya Məmmədovun uzun illərdir ki, sahibləndiyi bu bölgə onların şəxsi “respublikasına” çevrilib. Potu-Hüngütlü ərazisində Z.Məmmədov hektarlarla ərazini hasarlayıb. Ucu-bucağı görünməyən sahə getdikcə qurtarmır. Geniş bir massivi çəpərləyən nəqliyyat naziri burada özünə vertolyot meydançası tikdirir, villalar inşa edir. Əraziyə giriş qeyri-mümkündür. Hündür hasarlarla əhatələnmiş böyük sahə nəzarətdədir. Qeyd edək ki, üzərindən 3 il keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, hələ də həmin torpaqlar zəbt olunmuş haldadır və kənd əhalisinin sözlərinə görə, rayonun kənd təsərrüfatı üçün ən münbit torpaqlardır.
Sual isə budur ki, torpaqları oliqarxların əlindən hansı yolla geri almaq mümkündür?
Bu yollardan biri Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı yoxlamalar və qanunsuz hasarlanmış, təyinatı üzrə istifadə edilməyən torpaqları zəbt edənlərə yazdıqları cərimələrdir.
Xatırladaq ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, yaxud həmin torpaq sahəsini özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir. Torpaqların istehsalat və ya kimyəvi təsirdən korlanmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10000 manatadək cərimə ödəməlidir. Torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslərə 2000 manatdan 3000 manatadək, hüquqi şəxslərə isə 6000 manatdan 8000 manatadək cərimə tətbiq olunur.
Qeyd edək ki, ölkə başçısının qərarından sonra qeyd olunan halların aradan qaldırılması ilə bağlı bir çox torpaq reydi və monitorinqləri keçirilib. Respublika üzrə 500-ə yaxın pozuntu halı aşkar edilib. Bununla bağlı inzibati tənbeh vermə haqqında 170 qərar qəbul edilib. 950-yə yaxın hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq olunub, 230 halla bağlı inzibati protokol tərtib edilib.
Ancaq təbii ki, oliqarxlar üçün bu cərimələr elə də böyük məbləğ hesab olunmur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu istiqamətdə işlər sürətləndirilib: “Cənab prezidentin bu barədə xüsusi göstərişi var ki, əkilməyən, təyinatı üzrə istifadə edilməyən torpaqlar hamısı qaytarılmalı və ya kənd təsərrüfatı məhsullarının əkini üçün istifadə edilməlidir. Biz Milli Məclisdə bununla əlaqədar qanun da qəbul etdik ki, əkilməyən torpaqlar cərimə ödəyəcəklər. Belə hallar var, mən sizinlə razıyam. Dövlət Əmlak Komitəsi bununla çox ciddi şəkildə məşğuldur. Kənd Təsərrüfatı Nazirliyi də faktiki olaraq bu torpaqları araşdırırdılar ki, hansı torpaqlar nə vəziyyətdədir. Ancaq məlumdur ki, bir çox yerlərdə zəbt olunmuş torpaqlar var, onların qaytarılması, əkilib-becərilməsi gündəmdə olan məsələlərdən biridir. İndi kənd təsərrüfatına diqqət həddindən artıq böyükdür, cənab prezident tərəfindən fermerlərə yardımlar edilir. Kənd təsərrüfatının inkişafına diqqət artırılır. Çünki bu məhsullar xaricə idxal olunur və ölkəyə dollar gətirir. Bu mənada kənd təsərrüfatına yararlı torpaqların təyinatından kənar istifadəsinə nəzarət mexanizmi dəyişdirilməlidir. Kim torpaqdan istifadə edirsə, əkib-becərirsə, qoy etsin. Əks halda, torpağı zəbt edib istifadəsiz saxlayırsa, onlar qaytarılmalıdır. Hər bir rayonun icra başçısı bu məsələdə məsuliyyət daşıyır ki, onun rayonunda hansı məhsulların əkilməsi daha məqsədəuyğundur. Bu mənada torpaq islahatı yekunlaşmalıdır və əhaliyə məlumat verilməlidir ki, hansı torpaqlar kimlərdən alındı, hansı istiqamətdə istifadə olunacaq”. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Dünən, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Dünən, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Dünən, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Dünən, 15:22 |
|
|
|
|