Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır .....                     Bakıda yeni tikinti şirkəti yaradılıb .....                     “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” .....                     Xose Bernardo narkotik aludəçisidir? .....                     Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi .....                     Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib .....                     Ermənistanın yersiz ambisiyası .....                     Ermənistanda himn qalmaqalı: .....                     “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                     Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı .....                 

“MTN işi” Mahmudovsuz yekunlaşır - sabiq nazir həbsdən qurtuldumu...
Tarix: 2-08-2017, 08:45 | Çap et
“MTN işi” Mahmudovsuz yekunlaşır
2 ay 2 həftə sonra Eldar Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasının 2 ili tamam olacaq. Bu gün ötən müddət ərzində baş verənlərə diqqət edib mahiyyətinə varanda sabiq nazirin həbsdən qurtulduğu qənaəti formalaşır. Hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri hadisədən sonrakı aylarda ara-sıra Eldar Mahmudovun adını hallandırır, adını çəkmədən də onun həbs ediləcəyi ehtimalını dilə gətirirdilər. Artıq Eldar Mahmudovun adını çəkən, hətta dolayısı yolla belə onun “bostanına daş atan” da yoxdur.

Halbuki işdən çıxarılandan sonra hər danışan onun barəsində neqativ planda nəsə deməyə can atırdı. Belə açıqlamalar sabiq nazirin tezliklə həbsə alınacağı illüziyasını yaradırdı. Bu da təbii idi - Mahmudov vəzifəsindən çıxarılan saatlarda xüsusi istintaq qrupu MTN-də araşdırmalara başlamış, 20-yə yaxın əməkdaşı, bir neçə generalı, idarə və şöbə rəisləri və müstəntiqləri də daxil olmaqla, “dəmir barmaqlıq” arxasına göndərmişdi. Artıq E.Mahmudovun dəstəsindən olanların işi üzrə məhkəmələr də yekumlaşmaqdadır. E.Mahmudovun istintaqa belə cəlb olunması haqda isə 2 ilə yaxındır gözlənilən rəsmi məlumat yoxdur. Ümumiyyətlə isə sabiq nazirin statusu bilinmir. Onun təqsirləndirilən şəxs qismində, yaxud digər bir qismində istintaqa cəlb olunub-olunmaması da sirr kimi qorunub saxlanılır. Ev dustağı, hərəkəti məhdudlaşdırılan şəxs və ya polisin nəzarətinə verilmiş biri olmasını da demirlər. Rəsmilər də onun statusu haqda fərziyələr irəli sürməkdən başqa konkret faktlara söykənən məlumatlara malik deyillər. Bir müddət əvvəl sabiq nazirin hazırkı statusu ilə bağlı deputat Fəzail Ağamalıya müraciət etmişdik. F.Ağamalı demişidi ki, fikrincə, E.Mahmudov ev dustağıdır.

Sitat: “Qətiyyən şübhə etmirəm ki, bu gün Eldar Mahmudov məhkəmənin qərarı ilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Bunun adına ev dustaqlığı, hərəkətin məhdudlaşdırılması deyirlər. Eldar Mahmudov digər adi vətəndaşlar kimi bu gün istədiyi yerə gedə, istədiyi yerdə otura, sərbəst hərəkət edə bilməz. O, hərəkətləri məhdudlaşdırılmış vəziyyətdədir. Onun nə zaman öz komandasının yanında həbsxanada oturacağı və barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi haqda məlumatsızam. Qətiyyən şübhə etmirəm ki, bütün bu olaylarda onun birbaşa günahı var, bütün bu proseslərə o rəhbərlik edib. Ola bilməz ki, hüquq-mühafizə orqanlarında illərlə işləmiş birinin başı üzərindən, ondan xəbərsiz MTN-də bu cür hərəkətlərə və qanunsuzluqlara yol verilsin. Bu qətiyyən belə ola bilməz”.

Maraqldır ki, ötən müddətdə E.Mahmudovun “MTN işi” ilə bağlı istintaqa cəlb olunması haqda da rəsmi məlumat olmayıb. Doğrudur, MTN-lə bağlı hazırda davam edən məhkəmədə (“Çovdarov işi”) bir sıra epizodlarda sabiq nazirin adı keçib. Bildirilib ki, həm qanunsuz dinləmələr, həm iş adamlarının soyulmasından nazir də xəbərdar olub. Amma məhkəmə heç vaxt sabiq nazirin heç olmasa, şahid kimi dindirilməsinə nədənsə, lüzum görməyib.

Bir ay əvvəl isə Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci İstintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə proses yekunlaşıb. Mahmudovun yaxın ətrafına daxil olan, onun qanunsuz göstərişlərini yerinə yetirən müstəntiq Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə suçlu bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, iş adamlarını MTN-ə gətirərək, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib. Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilirdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması eyni zamanda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad da çıxarıb. Həmin qərardadın taleyi də bu gün naməlumdur. Təbiidir ki, E.Mahmudov nazir olarkən MTN-də baş verən və hazırda cinayət işlərinin əsasını təşkil edən cinayətlərdən xəbərsiz olmayıb. Qanunsuz dinləmələr, sahibkarların talanması onun xəbəri olmadan mümkün deyildi. Bu gün müttəhimlər kürsüsündə əyləşənlərin çoxunu nazir postuna təyin olunandan sonra öz komandasını məhz Eldar Mahmudov çəkib aparıb. Komandaya gətirilən hər bir şəxs yazılmamış qanuna görə onu gətirən şəxs qarşısında öhdəliyi var. Komandaya gətirilən şəxs rəhbərinə sadiqlik nümayiş etdirməlidir. Onun formalaşdırdığı komandanın ondan xəbərsiz nələrsə etdiyini düşünmək sadəlövhlükdür. Üstəlik, MTN sıradan bir qurum deyildi, daim cəmiyyətin diqqət mərkəzində olan bir təşkilat idi. Fəaliyyəti haqda məlumatlar nə qədər məxfi olsa da, ortalıqda E.Mahmudovun komandası tərəfindən törədilən qanunsuzluqlar haqda xeyli məlumatlar vardı. Həmin qanunsuzluqlar haqda məlumatlar ara-sıra mətbuat səhifələrinə də yol tapa bilirdi, lakin onları araşdırmırdılar...

E.Mahmudov işdən çıxarılandan sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, iş üzrə 57 nəfər zərərçəkən müəyyən edilib.

Bir çoxları isə E.Mahmudovun ətrafı ilə yenidən üz-üzə gəlməmək üçün mal-mülk davasına qalxmadılar.

E.Mahmudov işdən çıxarılan gün də, bu gün də onun istintaqa cəlb edilməsi üçün kifayət qədər əsaslar var. Tutaq ki, bu gün onun əleyhinə ifadə verən yoxdur. Fakt isə odur ki, onun 10 illik nazirliyi dövründə baş verən cinayətlər məhkəmələrdə təsdiqini tapmaqdadır. Deməli, E.Mahmudov vəzifə səlahiyyətlərinə səhlənkar yanaşıb və buna görə də Azərbaycan Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur. Hərçənd ki, Eldar Mahmudovu tutmaq, həbs etmək istəsələr, Cinayət Məcəlləsinə istinadsız da bunu gerçəkləşdirə bilərdilər. Bütün bunlara rəğmən Eldar Mahmudov vəzifədən çıxarılmaqla həbs təhlükəsindən də qurtulmuş kimi görünməkdədir.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Dünən, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Dünən, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Dünən, 15:24
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru