Taleh Ziyadov nə iş görür? - Liman yox, zona yox, sayt yox...
Tarix: 2-02-2017, 09:08 | Çap et
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov ölkəyə gəlib-gedən gəmiləri, bu gəmilərdə yük daşıyan sahibkarları incidir.
Bu barədə AFN-in redaksiyasına məlumatlı mənbə bildirib. Onun sözlərinə görə, T.Ziyadov limana daxil olan gəmilərdən azı 10-15 min manat rüşvət almasa onlara oturum izni, yaxud müvafiq sənədləri vermir. "Gəminin gömrük ödənişləri bir yana, Taleh Ziyadovun aldığı pullar da başqa bir "haqdır” deyə mənbəmiz bildirir. Məlumatda həmçinin qeyd edilir ki, ölkə başçısının ötən ilin martında imzaladığı Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması haqqında sərəncam da icra olunmur: "Guya ərazidə xüsusi iqtisadi zona yaradılmaqdadır, amma oralar səhraya oxşayır, heç real iş gözə dəymir”.
AFN xatırladır ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 2015-ci ilin martında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Saytımızın araşdırmaları zamanı ortaya bir sıra ciddi faktlar çıxıb. Əvvəla, ölkənin liman xidmətləri sahəsində olduqca mühüm rol oynayan bir qurumun elektron saytı yoxdur. Daha doğrusu, axtarış sistemində limanın veb ünvanı olaraq qeyd edilən bakuseaport.az və bakuport.gov.az saytları işlək vəziyyətdə deyil. Bu durumda, təbii ki, QSC-nin fəaliyyəti, üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hər hansı məlumat almaq problemə çevrilir. Üstəlik, T.Ziyadovun fəaliyyətindəki qaranlıq məqamlar təsdiqini tapmış olur. Liman büdcəyə nə qədər vəsait ödəyir? QSC vasitəsilə ölkəyə nələr gəlir, hansı yüklər və nə qədər yük daşınır, nə qədər sərnişin daşınır, gündə neçə gəmi qəbul edilir və yola salınır, dənizlə səfər etmək istəyən insanlar hara müraciət etməlidir? Bütün bu suallara ölkə qanunvericiliyinə uyğun olaraq, limanın internet resursunda yerləşdirdiyi statistik məlumatların, hesabatların araşdırılması zamanı aydınlıq gətirmək olar, o da ki, mövcud olmadığı üçün bu suallar hələ də cavabsızdır. Onu da xüsusilə vurğulamaq yerinə düşər ki, dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsi məsələləri müvafiq qanunlar və prezident sərəncamları ilə tənzimlənir.
Müşahidələrimiz göstərir ki, T.Ziyadov internet resursu yaratmaq, ictimaiyyət üçün gərəkli olan və qanunların tələb etdiyi informasiyaları bölüşmək, hesabatlılığı təmin etmək əvəzinə dövlət vəsaitlərindən istifadə etməklə özünüreklamla məşğuldur. Bunu AFN-ə daxil olan bir məlumat da təsdiq edir. Belə ki, məlumata görə, T.Ziyadov bir sıra KİV-lərlə, o cümlədən "ASAN Radio” ilə qeyri-rəsmi müqavilə bağlayaraq, özü haqda reklam materiallarının yayılmasını təşkil edir. Onun media ilə qaranlıq münasibətləri haqda geniş danışan mənbənin sözlərini müəyyən səbəblərdən dərc etmirik.
Redaksiyamıza daxil olan başqa bir məlumatda isə iddia edilir ki, prezidentin sərəncamı olmasına baxmayaraq, T.Ziyadov azad iqtisadi zonanın yaradılması üçün üzərinə düşən işi görmür. Belə ki, sərəncama əsasən , "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti İqtisadiyyat Nazirliyi ilə birlikdə altı ay müddətində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli olsa da, iddialara görə, QSC hələlik bu istiqamətdə bir iş görməyib.
AFN-in araşdırmaları zamanı da aydın olub ki, XTZ-nin yaradılması istiqamətində əməli tədbir demək olar reallaşdırılmayıb. Reallaşdırılsa da, bu barədə ictimaiyyətə məlumat verilməyib. Mediada yalnız hansısa hazırlıq, layihələndirmə, məsləhət və s. bu kimi işlərdən bəhs edən xəbərlər özünə yer alıb. QSC-nin saytının olmaması bu istiqamətdə işlərin hansı mərhələdə olduğu barədə məlumat almağa da imkan vermir. Ümid edirik ki, bütün bu qeyd edilənlər liman rəhbərliyi tərəfindən nəzərə alınacaq.
T.Ziyadovun üzərinə düşən işin öhdəsindən gələ bilməməsi ölkə rəhbərliyinin də diqqətindədir. Belə ki, yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gecikməsi ilə bağlı məsələyə toxundu: "Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılmışdır, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.
Qeyd etdiyimiz kimi, qurumun vebsaytı və əlaqə vasitələri olmadığı üçün qarşı tərəf olaraq mövqe almaqda da çətinlik çəkdik. Bu üzdən qarşı tərəfin mövqeyini dərc edə bilməsək də, buna hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
• "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14 |
|
|
|
• Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11 |
|
|
|
|