Şamaxı fermerləri fəryad qopardı - HƏYƏCAN TƏBİLİ
Tarix: 31-01-2017, 08:20 | Çap et
«Cənab Prezident, Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlbir olan tanımadığımız bir şəxs 25 ildir məskunlaşdığımız 100 qışlaq yataqlarındakı 500 ailəni zorla qovub yataqlarımızın torpaq ərazilərini ələ keçirir» Pravdainfo.org-a daxil olmuş bir şikayəti həm də Şamaxı fermerlərinin fəryadı adlandırmaq olar. Şikayətçi sahibkarlar Hacı Əbülfəz, Hacı Şirinbala, Zahir Məmmədov, Vahid Əhmədov, Ağaheybət Heybətov və digərlərinin (cəmi 112 nəfər) imzaladığı şikayət məktubu Prezident İlham Əliyevə ünvanlıdır. Şikayətdə deyilir: -Cənab Prezident! Sizin son müşavirədə bir daha dünya iqtisadiyyatındakı vəziyyət və Azərbaycanın da bu problemlərə sinə gərməsi barədə söylədiklərinizi dövlət televiziyasının ekranından izlədik. Ölkəmizdə ərzaq məhsullarının qiymətinin artması, xüsusən də ət və ət məhsullarının qiymətindəki son artımlar biz qoyunçuluq təsərrüfatları ilə məşğul olan fermerləri ciddi narahat etməyə bilməz. Lakin Kənd Təsərrüfatı Nazirliyimiz olsa da, bu nazirliyin məsul işçiləri biz fermerlərin dərdini və problemini şəxsən dinləmədən özlərindən rəylər verir, təkliflər irəli sürürlər. Cənab Prezident, Siz isə aqrar sahənin inkişafı üçün əlinizdən gələni edir, Dövlət büdcəsindən hər il yüz milyonlarla manat yardımlar ayırırsınız. Amma yenə də daxili bazarlarımızın bir gözü xaricdən gətirilən keyfiyyətsiz ərzaqlarda qalır. Niyə? Bunun bizə aid olan bir səbəbini deyirik: biz qoyunçuluq təsərrüfatı ilə məşğuluq. Dövlətdən bir manat da yardım almırıq, ehtiyacımız da yoxdur. 25 ildir ki, Şamaxının qışlaq zonalarında məskunlaşmışıq, 100-dən çox qoyun yatağında 100 min başdan çox qoyun və digər heyvanlar saxlanılır. Hər yataqda 5-6 ailə, hər ailədə isə 4-5 nəfərdən hesablasaq, bu sahə ilə nə qədər insanın məşğul olduğu, ailəsini dolandırdığı, üstəlik, hər il 40-50 min baş qoyun-quzunun ölkə bazarlarına çıxarılıb satıldığı bəlli olar. Bu başqa mövzudur ki, biz əti orta hesabla 5-6 manata satdığımız halda, paytaxt bazarlarında həmin ət 10-12 manata satılır.
Cənab Prezident! İndi bir arxalı şəxs və onun təmsil olunduğu bir şirkət qeyd olunan 100 qış yatağını və yaylaq torpaqlarımızı bizim əlimizdən almaq istəyir. Artıq bir müddətdir ki, həmin adını bizə dəqiq demədikləri şəxs Şamaxı rayon İcra Hakimiyyətində oturub və RİH rəsmilərinin xətti ilə hər yataq sahibinə (baş çobana) 10 min manat təklif edərək yataqdakı mülkü və tikililəri, aid torpaq sahələrini bizdən almaq istəyirlər. Özü də zor gücünə. Yuxarıda dedik, bizim bu yüz yataqda (Hacıqabuldan Kürdəmirə və şimaldan Şamaxıya qədər olan ərazilər) hazırda təkcə 100 min başdan çox xırda buynuzlu heyvan (qoyun-quzu) saxlanılır. Deməli, belə davam etsə və bizim bu adamlara gücümüz çatmasa, tezliklə Azərbaycanın bazarları 100 min baş qoyun-quzudan məhrum olunacaq. Bu isə bazarlardakı qiymətlərə görün bir müddət sonra nə qədər təsir edəcək. Əgər bu ərazilər dövlət ehtiyacları üçündürsə, canımız da bu dövlətə qurban olsun! Amma bilirik ki, bu danışıqlar anonim, gizli sövdələşmə ilə aparılır. 25 ildir tikib qurduğumuz çoban evlərimiz, qış yataqları, suvarma təsərrüfatları və digər qurğuların qiyməti 100-150 min manat olduğu halda, bizə 10 min manat təklif edirlər. Məqsəd isə bizlərə məxsus torpaq sahələrini ələ keçirməkdir. Hiss olunur ki, kimlərsə ayrılmış külli miqdarda vəsaiti bu yolla ələ keçirmək istəyir. Niyə bizim taleyimizi Allahın ümidinə buraxmaq istəyirlər??? Bizə çatan məlumata görə, həmin şirkətin adamları dövlətdən hansısa aqrar layihə bəhanəsi ilə yüz milyonlarla manat kredit vəsaiti götürmək istəyirlər. Kredit isə faktiki torpaq sahəsinə ayrıldığından onlar bu qədər təsərrüfatların torpaqlarına sahib olmaq fikrindədirlər. Cənab Prezident! Bu müraciətimizi Şamaxı qoyunçuluq təsərrüfatlarında çalışan çobanların fəryadı kimi qəbul edin. Ömrünü bu sahəyə həsr etmiş, qışın soyuğuna və yayın istisinə baxmayaraq min bir əziyyətə qatlaşan biz çobanlara köməyinizi əsirgəməyin. Əvvəldən minnətdarlığımızı bildiririk. Pravdainfo.org-dan: Müraciət Prezident İlham Əliyevin rəsmi saytına, həmçinin Kənd Təsərrüfatı Nazirliyinə, Şamaxı RİH-nə və digər dövlət qurumlarına göndərildi. Nəticəsi barədə əlavə məlumat veriləcək və fermerləri bu müraciətə təhrik etmiş və adı gizli saxlanılan şirkət barədə isə araşdırmamız davam edir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
• "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14 |
|
|
|
• Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11 |
|
|
|
|