“Eldar Mahmudov zəng edib tapşırdı, Arif Alışanov da bizi işdən çıxardı” - İTTİHAM VAR
Tarix: 28-12-2016, 08:33 | Çap et
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində uzun müddət fəaliyyət göstərən, bu televiziyanı özünə ikinci evi sayanların oradan uzaqlaşdırılmasını haqsızlıq hesab edən narazıların giley-güzarı mətbuatda daha çox artmağa başlayıb. Ötən yazılarımızda dünyaca tanınmış mərhum sənətkar Rəşid Behbudovun qızı, müəğnni Rəşidə Rəşidin, uzun illər Az.TV-nin musiqi redaksiyasında rejissor işləmiş Nərgiz Cabbarovanın, televiziya mühəndisi Hikmət Hikmətlinin Hurriyyet.org-a bu televiziyanın rəhbərliyindən, sədr Arif Alışanov və onun havadarı hesab etdikləri, “Mədəniyyət” telekanalının direktor müavini Nadir Axundovdan şikayət etmişdilər. Amma qarşı tərəfin də bu məsələlərdə danışmaq, mövqe bildirmək haqqını tanıyaraq Hurriyyet.org saytı və “Hurriyyət” qəzeti adından redaksiyamızın əməkdaşları dəfələrlə əlaqə saxlayıb, Az.TV rəhbərliyinin də mövqeyini işıqlandırmaq istəyiblər. Hər dəfə QSC-nin mətbuat əlaqələndiricisi rəhbərliyin mövqeyilə bağlı bir cümləlik ifadə ilə kifayətlənib: “Qapalı Səhmdar Cəmiyyətdə aparılan bütün işlər qanunidir”. Yaxud da bildirib ki, “bu məsələ ilə bağlı Az.TV rəhbərliyi adından heç bir mövqe bildirmək istəmir”. Az.TV rəhbərliyindən bu dəfəki şikayətçi 1956-cı ildən bu televiziyada telerejissor işləmiş Salman Həsənovdur. Salman Həsənov redaksiyamıza müraciət edərək bildirdi ki, 51 il Azərbaycan televiziyasında fəaliyyət göstərib: “Özüm də xalq şairi Süleyman Rüstəmin bacısının oğluyam. Ənvər Əlibəyli, Teymur Elçin, Cəfər Cabbarlının qohumu Seyfəddin Dağlı kimi tanınmış, samballı adamlarla çalışmışam. Yəni mən ədəbi mühitdə böyümüşəm. 82 yaşım var. Ömrüm Az.TV-də keçib. Şairlər, yazıçılar haqqında verişilşlər hazırlamışam, muğam konsertləri çəkmişəm. Musiqi redaksiyasında ali kateqoriyalı rejissor olmuşam. Amma bunca illərdə göstəridiyim fəaliyyətimə görə, nə bir mükafat verilib, nə fəxri ad, nə şöhrət ordeni, nə Prezident təqaüdü. Baxmayaraq ki, ərizə ilə də müraciət etmişəm. Cəmi 130-140 manat maaş almışam. Bunlar kimi rüşvət alan olmamışam deyə, məni özlərindən bilməyiblər, 2006-cı ildə məni işdən uzaqlaşdırıblar. Narkomana xalq artsiti, prezident təqaüdü, 2 otaqlı ev verirlər, 51 ilin peşəkar telerejissorunu isə işdən qovurlar. Onlardan şikayətə gedirəm, məni səlahiyyətlilər özləri qəbul etmirlər, köməkçilərini göndərirlər, onlar da məni başlarından edirlər. Necə olur, İlham Əliyev özü şəxsən qəbul edir, onlar yox”. İşdən haqısız yerə uzaqlaşdırıldığını deyən Salman Həsənovun sözlərinə görə, məhəkəməyə müraciət etməyə lüzum görmür. Çünki, onun fikrincə, hakimlərin əksəriyyəti ədalətli qərar çıxarmır, subyektivliyə yol veririlər: “Çünki məhkəməni də ələ alırlar. Nərgiz Cabbarova kimi rejissoru elə vəziyyətə gətirdilər ki, bunlarla, məhkəmələrlə mübarizə aparmaqdan, yazıq qadın gərgin stress keçirdi. Bu yaxınlarda gördüm, elə zəifləyib, arıqlayıb ki, onu tanımadım”. “Yarısı mənim, yarısı sənin” prinsipilə işləyir Telerejissor hesab edir ki, Az.TV-nin indiki sədri televiziya mütəxəssisi olmadığı üçün idarəetməsi düzgün deyil: “O, televiziyaçı yox, hesabdardır. 10 ildir bu adam saxtakarlıqla məşğuldur. Təzə sədr seçiləndə 1500 nəfəri işdən çıxarıb, peşəkar, ömrünü bu televiziyaya həsr etmiş nə qədər işçini kənarlaşdırıb. Yeni işə götürdüklərinə də cüzi maaş verir. Kinoproqramların tərcümə işində tərcüməçilərlə, “yarısı mənim, yarısı sənin” prinsipilə işləyir. Bu elə hesabdardı, əli pulla oynayır deyə, bu qədər insanın haqqına girməlidir? Qosqoca televiziyanı yanı üstə qoyub. Az.TV-də 6 studiya olduğu halda, orada yeni studiya tikdirib. Ona görə ki, tikinti işində mənimsəmək üçün çox böyük pullar var. Hesablasınlar, məlumat versinlər, görək, o studiyanın tikintisinə dövlətin nə qədər pulunu xərcləyib, nə qədərini mənimsəyib. Belələrinə görə də dövlətin büdcəsi boşalır”. Az.TV-nin digər sabiq televiziya işçiləri kimi, 82 yaşlı telerejissor da QSC-də 2010-cu ilə qədər Musiqi və əyləncəli verlişlər redaksiyasının baş redaktoru işləmiş Nadir Axundovun fəaliyyətindən narazılıq etdi. Dedi ki, N.Axundov işdən gedənləri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əliylə çıxartdırıb: “Mən Nadir Axundova yaxşılıqdan başqa heç nə etməmişəm. Nə pisliyim keçmişdi ona? İşləklərini ört-basdır etmək üçün də məni işdən çıxardılar. Nadir Eldarın xalasıqızının əridir. Eldar Alışanova zəng etdi, o da bizi çıxardı”. Məsələ ilə əlaqədar QSC-nin mətbuat xidmətilə yenidən əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Xatirə Qasım “Hürriyyət”ə bildirdi ki, o mövzuyla bağlı heç bir mövqe bildirməyəcək.
Sevil, Hurriyyet.org
P.S. Yazıda səslənən ittihamlarla “Hürriyyət” olaraq redaksiya tam razılaşmır. Çünki kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək hüquq mühafizə orqanlarının işidir. Amma “Elin gözü tərəzidir” prinsipilə bu məsələlərin ictimailəşməsini zəruri hesab edirik. Çünki ən azından hər hansı neqativ hal baş verən sahələrə ictimai qınağın olması o sahənin inkişafına xidmət edir. Bir daha qeyd edək ki, yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
• "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14 |
|
|
|
• Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11 |
|
|
|
|