General Mövlam Şıxəliyevin həbsinə hazırlıq gedir? - İDDİA
Tarix: 29-04-2016, 08:35 | Çap et
«Təzadlar»ın ötən saylarında Azərbaycan Respublikası Əmanət Bankın keçmiş sədri, iş adamı Hüseyn Səfərovun ləğv olunmuş MTN-nin İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin «Texnikabank»ın Bakı filialının işi ilə bağlı aparılan istintaq zamanı ondan hədə-qorxu yolu ilə 2 milyon dollar pul alınmasına dair şikayəti dərc olunmuşdu… Bu yazı o dərəcədə qalmaqala səbəb olmuşdu ki, hətta «Təzadlar»ın rəhbərliyi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Baş İstintaq İdarəsinə dəvət edilərək sorğu-sual da edilmişdi… Ardınca Mövlam Şıxəliyevin səlahiyyətli nümayəndəsi redaksiyamıza zəng edərək Mövlam Şıxəliyevin bu faktı qəti şəkildə təkzib etməsinə dair cavab mesajını bizə təqdim etmişdi, həmin təkzib xarakterli mövqe qəzetin növbəti sayında dərc olunmuşdu.
Mövlam Şıxəliyev təkzib edir, amma…
Söhbət ondan gedir ki, Mövlam Şıxəliyev H.Səfərov adlı şəxsdən bu məbləğdə pulun hədə-qorxu yolu ilə alınmasını qəti surətdə təkzib edir, H.Səfərov isə 2 milyon dollar rüşvət məsələsində istintaq tərəfindən zərərçəkmiş kimi tanınıb. Yəqinki hüquqşünaslar bunun nə demək olduğunu yaxşı bilir və istintaq materiallarında H.Səfərovun zərər çəkdiyi epizod üzrə istintaq davam edir. Bundan əlavə, H.Səfərov da iddia edir və bütün istintaq ifadələrində də birmənalı olaraq yazır ki, 2 milyon dollar rüşvət pulu hədə-qorxu yolu ilə ondan alınıb, pul gneral-mayor, MTN-nin İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin tabeliyində olan şöbə rəisi Vüsal Ələkbərov tərəfindən qəbul edilib. Sonnucu H.Səfərova bildirib ki, həmin pul rəisin göstərişi ilə alınır və sonuncuya çatdırılacaq və s. Sual yaranır: hansı şöbə rəisi, özü də MTN kimi qorxulu bir nazirliyin istintaq idarəsində, rəisinin xəbəri, icazəsi, tapşırığı olmadan 2 milyon dollar rüşvət ala bilərdi??? İkincisi, əgər belə deyilsə, onda istintaq niyə Vüsal Ələkbərovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçib? Üçüncüsü və ən vacibi, «Təzadlar»a daxil olan məlumata görə, Mövlam Şıxəliyev bu həftənin birinci günü, yəni aprelin 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb, zərərçəkən Hüseyn Səfərovla üzləşmə aparılıb. Redaksiya bununla bağlı H.Səfərovla əlaqə saxladı, amma… M.Şıxəliyevin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə daxil olmasını təsdiqləyən şahidlər də var… İstintaq sirri olduğundan bəzi detalları hələki açıqlamaq istəmirik. Amma bu faktın özü bir daha sübut edir ki, M.Şıxəliyevin həbsinə hazırlıq gedir. Zərərçəkən H.Səfərov da əvvəlki açıqlamalarında birmənalı olaraq bildirmişdi ki, Mövlam Şıxəliyev onun şöbə rəisi olmuş, hazırda həbsdə olan Vüsal Ələkbərovun yanında olmalıdır: «Mövlam Şıxəliyev həbs edilməli və mənə vurulmuş bütün maddi və mənəvi ziyan ödənilməlidir…“.
Mövlam Şıxəliyevin topdağıtmaz mülkləri və…
H.Səfərov «Təzadlar»a açıqlamasında keçmiş MTN generalının mülkləri barədə də maraqlı məlumatlar vermişdi: «…Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam… Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevi və onun “danışan dili”, tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam… Lakin istintaq getdiyindən başqa heç nə deyə bilmirəm… Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin Ağdaşda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, Sirkin yanındakı “AFSENTR”də bir neçə mənzilləri var, “Sahil” Ticarət Mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, orda bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar… “Gənclik”də 10-a yaxın mənzillərinin olduğunu bilirik… Əvvəllər Yasamalda “Xuruşşovka”da yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub??? Hətta o, Nizami Kino Mərkəzinin yanında milyonçu Musa Nağıyevin olmuş arxitekturalı qədim binada 2 milyon dəyəri olan mənzili alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır… Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı 2 milyon dollar pulu qaytarmasa, özümü onun “Sahil” Ticarət Mərkəzinin üstündəki mənzilinin qarşısında yandıracağam… İndidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm. Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm… Bu yaxınlarda isə zəng edərək bir də xəbərdarlıq etmişəm, söz verib ki, qaytaracaq. Amma bir gün sonra mobil telefonlarını söndürüb…”. *** Xatırladırıq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN işi ilə bağlı bir müddətdir cinayət işi başlanıb, təxminən 6 aydır istintaq hərəkətləri davam etdirilir. Baş Prokurorluğun rəsmi məlumatına görə, indiyədək iş üzrə istintaqa 22 nəfər cəlb olunub, 1 nəfər axtarışa verilib, 1 nəfər isə ev dustaqlığındadır. Baş Prokurorluğun məlumatlarında əlavə olaraq bildirilir ki, indiyədək “MTN işi” ilə bağlı iş üzrə 130 epizod araşdırılıb. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 100-ə yaxın sahibkar-iş adamı zərərçəkmiş şəxs qismində tanınıb. İş üzrə həbs olunmuş Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasında intihar etmişdir. Həbsdə olan MTN-çilərdən 36 yaşlı general-mayor Vüqar Allahquliyev, MTN-nin Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, generallığın bir addımlığında olmuş MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə və başqalarının adı var. Həmçinin MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev işdən çıxarılıb və yuxarıda qeyd etdiyimiz kimi, istintaqa çağırılıb, onun şöbə rəisi Vüsal Əfəndiyev həbsdədir… *** Bütün bunlara rəğmən, məlumatlı mənbə bildirir ki, artıq baş verənlər onu deməyə əsas verir ki, Mövlam Şıxəliyevin həbsinə hazırlıq gedir. Hətta onun general rütbəsindən məhrum ediləcəyi barədə də xəbərlər var. Çünki bütün qanunsuz hərəkətlər məhz İstintaq İdarəsində reallaşıb... Amma cəmiyyəti maraqlandıran daha bir məsələ də qaranlıq qalır: niyə ətrafı həbs edildiyi, işdən çıxarıldığı halda, bu komandanın başında durmuş Eldar Mahmudov hələ də faktiki azadlıqdadır??? Mövzuya qayıdacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Bu gün, 16:26 |
|
|
|
• Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Bu gün, 16:17 |
|
|
|
• Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Bu gün, 16:13 |
|
|
|
• Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Bu gün, 16:03 |
|
|
|
• "Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Bu gün, 16:01 |
|
|
|
• “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Bu gün, 15:55 |
|
|
|
• AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Bu gün, 15:52 |
|
|
|
• Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Bu gün, 15:49 |
|
|
|
• Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Bu gün, 15:47 |
|
|
|
• ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Bu gün, 15:28 |
|
|
|
• Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Bu gün, 15:26 |
|
|
|
• Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:24 |
|
|
|
• “Veysəloğlu”da yeni təyinat - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Bu gün, 15:22 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Bu gün, 15:15 |
|
|
|
• MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Bu gün, 15:13 |
|
|
|
• AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:08 |
|
|
|
• Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Bu gün, 15:02 |
|
|
|
• BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Bu gün, 15:01 |
|
|
|
• İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Bu gün, 14:00 |
|
|
|
• “Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Bu gün, 13:58 |
|
|
|
• Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Bu gün, 13:05 |
|
|
|
• Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Bu gün, 13:02 |
|
|
|
• Bu quruma yeni mətbuat katibi təyin edildi
Bu gün, 13:00 |
|
|
|
• Qaziyə məxsus tikilidə uçqun: - Külli miqdarda zərər dəydi
Bu gün, 12:56 |
|
|
|
• “Vecon Consultıng” illik hesabat açıqladı – Qiymətləndirmə şirkəti ötən ili uğurla başa vurub
Bu gün, 12:54 |
|
|
|
• Mayora hücum edənlər bu maddə ilə ittiham edilir - Həbsləri istənilir
Bu gün, 12:48 |
|
|
|
• Qazaxda yol infrastrukturu yenidən qurulur
Bu gün, 12:44 |
|
|
|
• İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
Bu gün, 12:42 |
|
|
|
• “Azər Baxşəliyevin həyat yoldaşı bizdən xahiş etdi ki...” - İlkin Həsəni
Bu gün, 12:39 |
|
|
|
• “Rəşadın təyyarəsinin vurulmasında Rusiyanın əli var” – GİZLİNLƏR AÇILIR
Bu gün, 12:34 |
|
|
|
• "Rusiya Azərbaycana təzminat ödəməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:33 |
|
|
|
• İctimai fəal Afiəddin Məmmədova cəza istənilib
Bu gün, 12:24 |
|
|
|
• Salyanda ərini doğrayan qadın tanınmış həkimin qızıdır: "15 ildir ki..." - Şok təfərrüatlar
Bu gün, 12:21 |
|
|
|
• "Donor vasitəsilə süni mayalanmaya son qoyulsun!" - Baş Prokurora və Ombudsmana MÜRACİƏT
Bu gün, 12:20 |
|
|
|
• Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:15 |
|
|
|
• Vəzifəli qohumuna güvənib QOÇULUQ EDİR... - AzGerneft MMC-də NƏ BAŞ VERİR?
Bu gün, 12:14 |
|
|
|
• Neçənci mərtəbədən mənzil alsaq, zəlzələ zamanı daha təhlükəsiz olar? - "Düşünürlər ki, birinci mərtəbədə yaşayıram, düşüb qaçaram"
Bu gün, 12:04 |
|
|
|
• Qadağan edilən yemək xaş deyil, kəllə-paçadır - İLGİNC
Bu gün, 12:00 |
|
|
|
• "Yeni raket sınağı rəqiblərimizi çəkindirmək məqsədi daşıyır" - Kim Çen İn
Bu gün, 11:58 |
|
|
|
• Fransanın casus şəbəkəsi nələrə cəhd edib? - Məhkəmə prosesində yeni məqamlar
Bu gün, 11:57 |
|
|
|
• Sosial şəbəkədə tanış olduğu kişini evə gətirir, əri və başqa bir kişi isə... - MƏHKƏMƏ
Bu gün, 11:43 |
|
|
|
• Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 11:42 |
|
|
|
• Azərbaycan 16 min manata 6 baş eşşək aldı - Hər bir eşşək 2.663 manata başa gəlib
Bu gün, 11:40 |
|
|
|
• "Zevs" ləqəbli yutuberdən şikayət var: "İnsanları yeni üsulla aldadır" - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• "O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb..." - Sosial yardımı isə...
Bu gün, 11:20 |
|
|
|
• “Avropada iş” adı ilə 171 nəfərin xeyli pulunu aldı - MƏHKƏMƏ BAŞLADI
Bu gün, 11:17 |
|
|
|
• “Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib” - ŞƏHİD ATASI GİLEYLƏNİR
Bu gün, 11:15 |
|
|
|
|