Türkiyə və İsrail SAVAŞACAQMI? .....                     "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" .....                     Gürcüstanda dövlət bayraqları yarıya endirilib .....                     Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar .....                     Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” .....                     Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı .....                     İrəvandan Bakıya “yeni il mesajı” .....                     Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? .....                     "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" .....                     'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? .....                     Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? .....                     Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... .....                     Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür .....                     "Ali təhsilli qızıma xadimə işi təklif olunur" .....                     Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... .....                     “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” .....                     Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı .....                     ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb .....                     Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir .....                     Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır .....                     Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” .....                     Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb .....                     "Bütün müraciətlərimə rədd cavabı verilir" .....                     Azərbaycanın yeni dünya vizyonu .....                     “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi .....                     Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir .....                     "El üçün yox, ev üçün yaşamaq lazımdır" .....                     Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı .....                     Bu şirkət tikinti işlərindən 683 min manat .....                     Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq .....                     Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib .....                     Əliyevin mesajının şifrələri: .....                     "Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." .....                     Naxçıvan gömrüyü belə talan olunurmuş .....                     "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." .....                     Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... .....                     Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər .....                     Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir .....                     "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. .....                 

ARDNŞ PREZİDENTİ “ÜMİD”İN ADINI BELƏ ÇƏKMƏDİ
Tarix: 28-10-2011, 12:53 | Çap et
ARDNŞ PREZİDENTİ “ÜMİD”İN ADINI BELƏ ÇƏKMƏDİ

QAZLA BAĞLI XÜLYALARIMIZ 2025-Cİ İLƏ QƏDƏR ERTƏLƏNİB

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev müsahibə verib. Müsahibədə əksini tapan məsələlərin ictimaiyyət üçün böyük maraq kəsb etdiyini nəzərə alaraq söhbətin məzmununu sayt istifadəçilərinin diqqətinə çatdırırıq.

- Rövnəq müəllim, Türkiyəyə son səfərinizin yekunları haqqında ətraflı məlumat verəsiniz.
- İzmirdə həqiqətən də müstəsna əhəmiyyətə malik əlamətdar hadisələr baş verib. İlk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ARDNŞ-nin Türkiyədəki ən böyük aktivi olan “Petkim” Petrokimya Holdinqinin nəzdində inşa ediləcək “Star” neft emalı zavodunun təməlinin qoyulmasını qeyd etməliyəm. İldə 10 milyon ton neft emal etmək gücünə malik bu zavod SOCAR-TURGAS Rafineri Səhmdar Cəmiyyəti tərəfindən tikiləcək. Zavodun 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur. Bu, hazırda Türkiyənin neft-kimya sektorunda, o cümlədən, “Petkim”-də neft məhsullarına olan ehtiyacın aradan qaldırılmasına kömək edəcək. Zavodda istehsal olunacaq 1,6 milyon tonluq nafta “Petkim”in daxili tələbatını ödəyəcək, dizel, reaktiv yanacaq və LPG kimi neft məhsulları isə Türkiyənin və ətraf ölkələrin bazarlarında reallaşdırılacaq. Zavodun tikintisinə təqribən 5 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur. Bu, son illər nəinki Türkiyədə, eləcə də bütün dünyada bir nöqtəyə yönəldilən ən böyük investisiya layihəsidir. İzmirdə biz Heydər Əliyev adına Peşə Təhsili Liseyinin təməlqoyma mərasimində də iştirak etdik.
İzmirdə eyni zamanda qaz ixracına dair 15 sənəd, o cümlədən hökumətlərarası Saziş, 2017-ci ildən başlayaraq “Şahdəniz-2” layihəsi üzrə hasil olunacaq qazın Türkiyəyə satışına dair Saziş, “Şahdəniz-2” layihəsi üzrə hasil olunacaq qazın 2017-2042-ci illərdə Türkiyə vasitəsi ilə, “BOTAŞ” şirkətinin nəqliyyat şəbəkəsindən istifadə etməklə nəqlinə dair Saziş və s. imzalandı. Qeyd etmək istəyirəm ki, bunlar Azərbaycan qazının Türkiyə və Yunanıstan sərhədlərinə, eyni zamanda Türkiyə və Bolqarıstan sərhədlərinə nəql olunması üçün zəruri olan sənədlərin tam paketini təşkil edir. Faktiki olaraq Xəzər dənizi regionunu Avropa ilə birləşdirəcək “Cənub qaz dəhlizi” layihəsinin gerçəkləşməsi üçün bütün şərait yaranıb.

- Qeyd etdiyiniz sazişlərin mahiyyəti nədən ibarətdir?
- Bu sazişlər üzərində iş 5 ildən artıq davam edib. Tərəflər qarşısında tamamilə yeni bir tranzit mexanizminin yaradılması ilə bağlı çox geniş əhatəli məsələlərin həll olunması vəzifəsi dururdu. Bu elə bir mexanizm olmalı idi ki, həm Türkiyə qaz nəqli şəbəkəsinin bütün mövcud istifadəçilərinin, həm də tranziti həyata keçirən ölkə kimi bizim maraqlarımıza uyğun olsun. Qeyd edim ki, indiyədək dünyanın heç bir yerində belə mürəkkəb və genişmiqyaslı layihə həyata keçirilməmişdir. Artıq bütün çətinliklər arxada qalmışdır. Biz artıq planlaşdırdığımız kimi, Azərbaycan qazının Avropaya nəql edilməsi üçün ən optimal layihənin seçimi prosesini davam etdirə bilərik .

- Hazırda hansı layihələr nəzərdən keçirilir və seçimi nə vaxt başa çatdırmağı planlaşdırırsınız?
- İndi artıq bütün tranzit şərtləri aydındır. Biz Azərbaycan qazının Avropaya nəql edilməsi istiqamətində bir neçə layihəni dəyərləndirmək imkanı qazanmışıq. Bunlardan biri İTGİ layihəsidir ki, qazın Yunanıstan vasitəsilə İtaliyaya və Balkan ökələrinə nəqlini nəzərdə tutur. Digər bir layihə - TAP (Transadriatik boru kəməri) layihəsi də eyni istiqamətdə nəzərdə tutulur. Və əlbəttə ki, NABUCCO layihəsini qeyd etmək lazımdır ki, bu da Balkan ölkələrindən Mərkəzi Avropaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. ”BP” şirkətinin təklif etdiyi 4-cü variant da maraq doğurur. Bu varianta əsasən, qaz Türkiyə ərazisindən Balkan ölkələrinə nəql ediləcək. Düşünürəm ki, seçim prosesini tezliklə, 2011-ci ilin sonu-2012-ci ilin əvvəllərində başa çatdıracağıq.

- Siz yalnız “Şahdəniz” yatağından hasil olunacaq qazın nəqlini nəzərdə tutursunuz? Axı ARDNŞ-nin daxili imkanları hesabına kəşf olunmuş “Ümid”, “Total” və “GDF” ilə birgə açılmış “Abşeron” yataqları da mövcuddur.
- Bu, çox mühüm məsələdir. Çünki ARDNŞ gələcəkdə işlənəcək bütün layihələr üçün nəql məsələsini həll etməlidir. Bilirsiniz ki, indi Azərbaycanda böyük axtarış-kəşfiyyat işləri aparılır. Sizin adını çəkdiyiniz layihələrə mən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin laylarından çıxarılacaq qazı da əlavə etmək istərdim. Bu məsələ üzrə biz konsorsiumla danışıqlar aparırıq. Planlaşdırırıq ki, 2025-ci ilədək Azərbaycanda təxminən 50 milyard kubmetr qaz hasil olunacaq. Bu həcmin əhəmiyyətli hissəsinin dünya bazarlarına çıxarılması üçün Türkiyə ilə birlikdə bu ölkənin ərazisindən keçəcək tamamilə yeni bir qaz kəmərinin inşası layihəsinin araşdırılması haqqında razılıq əldə edilmişdir. Bu, yeni bir kəmər olacaqdır və regionda qaz hasilatı həcmləri artdıqca onun ötürücülük qabiliyyətini artırmaq mümkün olacaqdır. Bu layihə iki qardaş ölkə tərəfindən (xarici şirkətlərin dəvət edilməsi də mümkündür) həyata keçiriləcəkdir. Biz bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirik ki, 2017-ci ilin sonlarında – “Şahdəniz” layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun. Bu layihə 21-ci əsrin layihəsi olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
"Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15
Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13
Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10
Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08
İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06
Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02
"Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00
"Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45
'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Bu gün, 06:40
Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 06:31
Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... - erməniləri nə ilə TƏBRİK EDİR?
Bu gün, 06:23
Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11
"Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59
Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55
“Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53
Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51
ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49
Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47
Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40
Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34
Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31
"Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29
Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21
“Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19
Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17
"El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10
Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05
Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02
Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Dünən, 23:05
Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Dünən, 23:00
"Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Dünən, 22:58
Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Dünən, 22:55
"Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Dünən, 22:38
Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Dünən, 22:31
Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Dünən, 20:18
Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Dünən, 20:14
"Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Dünən, 19:59
İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Dünən, 19:51
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Dünən, 19:49
"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Dünən, 19:02
“Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Dünən, 19:00
Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Dünən, 18:58
“Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Dünən, 18:09
Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Dünən, 18:05
"“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Dünən, 18:01
Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Dünən, 17:58
Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Dünən, 17:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru