ZİRƏDDİN RZAYEVDƏN İDDİALI AÇIQLAMA
Tarix: 31-07-2012, 13:25 | Çap et
“MƏN TANRININ GÖNDƏRDİYİ VƏKİLƏM”
Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayevin ANS PRESS-ə eksklüziv müsahibəsini təqdim edirik:
İyul ayının 26-da Rusiyanın birinci kanalında “Gəl evlənək”, “Давай поженимся”, verilişində qonaq qismində çıxış edən müğənni Mart Romanov (Radiona Babayan) adlı erməni özünü Zirəddin Rzayevi dostu kimi təqdim etdi... Zirəddin də həmin verilişdə erməni müğənnilə çox mehriban idi. Doğrudanmı Zirəddin Rzayev həmin erməni ilə yaxın dostdur?
-Yox, Mart Romanov mənim dostum deyil, sadəcə müğənni kimi tanışımdır. Mənim müğənni tanışlarım çoxdur. Onun soyadı rus soyadıdır. Demə onun ata tərəfi erməni imiş. Mən axı hardan biləydim ki, bunun əvvəlki soyadı “yan”dır. Sən bilərdinmi ki, qarşındakı rus soyadlı biri əslən ermənidir? Başladılar ki, Zirəddin erməni Babayan ilə kanallara çıxır. Bildirmək istəyirəm ki, mən ermənilərlə dostluq etmirəm.
İnsanları maraqlandıran digər məsələlərdən biri təbii fəlakətlərlə, zəlzələlərlə bağlıdır. Demişdin ki, 2012-ci il qanlı-qadalı ildir. Artıq ilin yarısını başa vurmuşuq. Azərbaycan üçün son altı ayda nələr gözlənilir?
-Mən söz vermişəm ki, Azərbaycanla bağlı proqnoz verməyim. Sadəcə olaraq bunu demək istərdim ki, Azərbaycanın böyük gələcəyi var. Mən ölkəmiz üçün qorxulu heç nə görmürəm. Bizim uğurlarımız hələ qarşıdadır. Azərbaycanda nə qorxulu təbii fəlakət olacaq, nə də ciddi bir hadisə.
Bəs gələn il bizi nələr gözləyir?
-Mən hələlik 2013-cü ilin proqnozunu işləməmişəm. Söz verirəm ki, gələn ilin proqnozu hazır olan kimi ANS PRESS vasitəsilə bildirəcəyəm.
2013-cü ildən söz düşmükən, deyirlər gələn il olmayacaq. Fərziyələrə görə, 2012-ci ilin dekabrın 12-də dünyanın sonu olacaq. Doğrudanmı biz son ilimizi yaşayırıq?
-Yox, yalan söhbətdir. Hamısı cəfəngiyyatdır. Qiyamətin baş verəcəyini, qiyamətin qopacağını qabaqcadan, hətta 2 saat əvvəlcədən deyə biləcək bir adamın olmasına inanmıram. Çünki bunu Allahdan başqa heç kimi deyə bilməz. Bu dünyanı yaradanın cahan ilə bağlı öz sirridir. Quranda da yazılır ki, qiyamətin əlamətləri var. Məsələn: homoseksuallığın yayılması, müharibələr, böyük binaların inşa edilməsi, dinlər arasında baş verən terror aktları və s. hamısı qiyamətin yaxınlaşdığından xəbər verir. Lakin hansı vaxtda, hansı ildə heç kim bilə bilməz. Bunu peyğəmbərlər bilmirdisə, adi insan necə görə bilər?
2012-ci ilin dünyanın sonu olması ilə bağlı kinolar çəkildi. Bu sadəcə olaraq bir piyar, bir reklam idi ki, kinonun reytinqi qalxsın. Elə də oldu, bu ilin ən reytinqli filmi oldu bu kino. Bizneslə məşğul olan hər kəs istəyər ki, onun biznesi inkişaf etsin. Ona görə də, öz işlərini reklam edirlər. Bu da sadəcə bir piyar idi.
Builki proqnozunda Amerika ilə bağlı xoşagəlməz fikirlər demişdiniz. İstərdim bir də həmin fikirlərə qayıdaq...
- Demişdim ki, Amerikanın bir tərəfini qırmızı görürəm. O zaman bilmirdim bu nə hadisə olacaq. Amma Amerikada baş verən yanğın və oranın yarısını bürüyən qırmızı alov dediklərimi sonradan mənə aydınlaşdırdı. İrandakı terror aktını qabaqcadan demişdim. Türkiyədə zəlzələ olacağını demişdim.
İndi də Amerikanın Suriyaya müdaxiləsində xoş heç nə görmürəm. Görürəm ki, bu Amerikaya çox baha başa gələcək. Ümumiyyətlə Amerikanın müqəddəs torpaqları bombardman etməsi, Amerikanın bu hegemonluğu ona ucuz başa gəlməyəcək. Çox keçməyəcək ki, Amerika buna cavab verəcək. Amerikanı Allah özü cəzalandıracaq. Amerikada böyük təbii fəlakətlər olacaq. Bu ölkənin gələcəyini çox pis görürəm.
III dünya müharibəsinin başlanacağı ilə bağlı müxtəlif fikirlər səslənir, bu barədə nə deyə bilərsiniz?
-Artıq III dünya müharibəsi başlayıb. Yəni soyuq müharibə gedir. Mən bu müharibənin elə bu minvalla da davam edəcəyini görürəm.
Hansı dinə xidmət edənlər bu müharibədən qalib çıxacaq?
-Deyim ki, hər bir din Allahı təbliğ edir və hər bir dinin öz peyğəmbəri var. Bu müharibədə heç bir din qazanmayacaq. İtirən bəşər əhli olacaq. Çünki dinlər arasında olan müharibələr elə bizim dinsizliyimizdən irəli gəlir. Əgər xiristianlar, yəhudilər, müsəlmanlar dinlərini yaxşı bilsəydilər müharibədən uzaq olardılar. Heç bir din müharibəni dəstəkləmir.
Siz xarici ölkələrdə çox olursunuz və oradakı şou-biznes əhli ilə də münasibətiniz var... Qonşu ölkələrlə müqayisədə Azərbaycanda şou-biznesində nələr çatışmır?
-Ən azından xaricdə olan şou-biznes əhli bir neçə dil bilir. Xaricdə şou-biznes əhlinin 100-də 90 faizinin öz potensialı, istedadı, qabiliyyəti varsa, yalnız 10 faizi pula və müxtəlif səbəblərə görə məşhurlaşıb. Bizim şou-biznes əhlinin isə yalnız 5 faiz istedadı var. (gülür). Hər şey göz qabağındadır.
Amma Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, M.F.Axundov, C.Məmmədquluzadə kimi tanınmışlarımız var. Mən bu dəqiqə Allah şahidiyəm ki, Rusiyada Ömər Xəyyamı sevə-sevə oxuyurlar. Əslində budur bizim mədəniyyətimiz, milli mədəni sərvətimiz. Ancaq hazırkı şou-biznes əhlini Avropa ilə müqayisə etmək düzgün deyil, çünki bunların arasında yerlə-göy qədər fərq var.
Azərbaycanda hansı müğənniləri xoşlayırsınız?
-Röyanın səsini çox xoşlayıram. Nadir Qafarzadənin oxu tərzini xoşlayıram. Ən çox sevdiyim müğənnilər Gülyaz və Gülyanaq bacılarıdır. Aygün Hümbətovanın ifasını sevirəm.
Zirəddin Rzayev danışanda deputat kimi danışır. Deyəsən millət vəkili olmaq fikriniz var?
(gülür). Allah eləməsin ki, mən Azərbaycanda millət vəkili olum.
Ruslar sizi yaman çox istəyir, bəlkə Rusiyada deputat olmaq fikriniz var?
-Yox mənim ümumiyyətlə siyasətə qarışmaq fikrim yoxdur. Çünki siyasət başqa sahədir, mən tam ayrı sahədəyəm. Mən İlahi tərəfindən seçilmiş deputatam. Ehtiyacım yoxdur ki, hansısa millətim vəkili olam. Mən Tanrının yer üzərinə göndərdiyi bir vəkiləm.
Bayaqdan hiss edirəm ki, suallarıma çox ehtiyatla cavab verirsiniz. Nədənsə çəkinirsiniz. Allahın yer üzünə göndərdiyi vəkil nədənsə qorxarmı?
-Sadəcə çox vaxt mətbuatda dediklərimi sonradan kimlərsə təhrif edir deyə, çalışıram danışanda 100 ölçüm, 1 biçim. Dediklərim təhrif olunduğu üçün çalışıram Azərbaycanla bağlı proqnozlar verməyim. Ona görə çalışıram ki, digər mətbuat nümayəndələrilə görüşəndə Azərbaycanla bağlı heç nə deməyim.
Hazırda müalicə etdiyiniz xəstələr çoxdur?
-Yox artıq mən müalicə ilə məşğul olmuram. Çünki müalicələrdən sonra sağlamlığımla bağlı əziyyət çəkirəm. Onların xəstəliyini özümə götürürəm, sonradan həmin xəstəlikləri çıxaranda özümü narahat hiss edirəm. Müalicəni müvəqqəti dayandırmışam. İndiki fəaliyyətim konsultasiyadan ibarətdir. Bundan başqa, ailə-biznes problemləri ilə bağlı, xəstəliklərin dioqnoztikası sahəsində çalışıram. Yaxın günlərdə isə istirahətə çıxacağam. Yunanıstana gedəcəyəm. İstirahəti orada keçirəcəyəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|