Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > MTN akademiyasında kütləvi qovulma

MTN akademiyasında kütləvi qovulma


5-01-2016, 10:57
MTN akademiyasında kütləvi qovulma
"MTN işi”nə görə keçmiş Milli Təhlükəsizlik Nazirliyində və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki ixtisarlardan sonra Milli Təhlükəsizlik Akademiyasında da islahatlara start verilib.

diaaz.space aznews.az-a istinadən xəbər verir ki, vəzifələrindən azad olunan və həbs edilən yüksək vəzifəli keçmiş MTN-çilərin övladlarının və qohumlarının akademiyadan xaric edilməsinə başlanılıb. Məlumata görə, artıq keçmiş MTN-çilərlə qohumluq əlaqəsi olan 10-dan çox tələbə akademiyadan xaric edilib.

Xatırladaq ki, ötən il oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Bundan sonra MTN-də ciddi kadr islahatları aparılmağa başlanıb. Bir sıra yüksək vəzifəli MTN-çilər vəzifələrindən azad olunub. İşdən çıxarılan MTN-çilərdən əksəriyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma faktları ilə həbs olunublar.

Ötən il dekabrın 14-də isə MTN ləğv edilib. Prezident Milli Təhlükəsizlik Nazirliyinin əsasında iki qurum yaradılması barədə fərman imzalayıb.

Geri qayıt