Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Arzu Rəhimovla bağlı daha bir ilginc iddia

Arzu Rəhimovla bağlı daha bir ilginc iddia


1-12-2015, 12:11
Arzu Rəhimovla bağlı daha bir ilginc iddia
DİA.AZ: - Dünən diaaz.space olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun öz işinin öhdəsindən layiqincə gələ bilməməsi, ölkənin səfərbərlik sistemində yaranan problemlərlə bağlı araşdırma yazımızı diqqətinizə təqdim etmişdik.

Bu faktlar oxucuların da marağına səbəb olub. Belə ki, bununla bağlı DİA.AZ-a yazan oxucularımızdan biri hətta maraqlı bir ittihamda da bulunub. Oxucumuzun yazdıqlarını diaaz.space olaraq təqdim edirik:

"Arzu Rəhimov heç vaxt səfərbərlik sistemində peşəkar hesab olunmayıb və oluna da bilməz. Olmyacaq da. Çünki gələn gündən ona göstərilən etimadı doğrultmaq əvəzinə başı pul qazanmağa qarışdı.

Bu gün Arzu Rəhimovun 3 milyonluq villası var. Sürücüsü milyonluq cinayət işinə görə ələ keçir. Dövlətin bu sistemə ayırdığı pullar Arzu Rəhimovun şəxsi büdcəsi kimi xərclənir.

Arzu Rəhimov anlamır ki, müharibə şəraitində olan bir ölkənin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisidir. Yəni burada ani bir yanlışı cəbhə xəttində, düşmənlə üz-üzə hiss edə bilərik və edirik də. Onun bəlasıdır ki, Arzu Rəhimov orduya hələ də yararsızları cəlb edir.

Əvəzində isə onun yaxınları, doğmaları, hətta öz övladı belə ordudan yayındırılır. Bu gün Arzu Rəhimov artıq 2 ildir ki, ordudan yayındırdığı oğlu Myurad Rəhimovu səfərbər edə bilmir. Beləsi Azərbaycanın qeyrətli oğullarını necə səfərbər edəcək?

Arzu Rəhimov hələ də bilmir ki, hansı mühüm postda oturub. Ona səhv buraxmaq olmaz. Amma maləsəf, bu səhvlər bir deyil, iki deyil"...

diaaz.space bildirir ki, bütün bu ittihamlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt