Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Eldar Mahmudovun XİN sistemindəki daha bir dayağı...
Eldar Mahmudovun XİN sistemindəki daha bir dayağı...13-11-2015, 10:49 |
DİA.AZ: - Az əvvəl məlumat vermişdik ki, keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun xarici siyasət idarəmizdə də geniş şəbəkəsi mövcud olub. Bununla bağlı DİA.AZ-a yeni xəbərlər daxil olub. Redaksiyamıza ötürülən bilgiyə görə, keçmiş nazirin doğma bacısı Elmira Mahmudova Xarici İşlər Nazirliyində konsulluq idarəsində müşavir vəzifəsində çalışır. Bu da hamısı deyil. Məlumatı diaaz.space-a verən mənbə bildirir ki, Eldar Mahmudovun XİN sistemində çalışan adamlarından biri də artıq həbsdə olan BTRİB şefi Beytulla Hüseynovun qaynı, hal-hazırda Azərbaycanın Qars şəhərindəki baş konsulu postunu tutan Ayxan Süleymanovdur. Elə bu faktların özü yetərlidir ki, bir müddət əvvəl süni şəkildə alovlandırılan "diplomat qalmalı"nın arxasında kimlərin dayandığını təxmin edə biləsən. Yəni görünəni odur ki, Eldar Mahmudovun xəyanətkar şəbəkəsi genişplanlı şəkildə fəaliyyət imkanlarına sahib olub. Geri qayıt |