Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Qarasu"da buxarlanan milyonların hesabı niyə sorulmur?

"Qarasu"da buxarlanan milyonların hesabı niyə sorulmur?


3-11-2015, 10:50
"Qarasu"da buxarlanan milyonların hesabı niyə sorulmur?
DİA.AZ: - Qarasu" əməliyyat şirkətinin işçiləri adından redaksiyamıza yeni bir müraciət daxil olub. Narazı fəhlələr bu günə kimi açıqladıqları faktlara gərəkən dövlət qurumlarının reaksiya verməməsindən giley edirlər. DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mütamadi olaraq mətbu orqanlarında "Qarasuoil" ƏŞ-dəki korrupsiya faktları,işçi hüquqlarının pozulması ilə əlaqədar yazılar dərc olunur. Bu niyə müvafiq qurumları narahat etmir? Çoxlu sayda olan faktlara nədən reaksiya verilmir".

Daha sonra müraciət edən işçilər diaaz.space-a müraciətlərində faktlardan bəzilərini təkrar olaraq xatırladırlar:

"İnternet portallarında korrupsiyanı əks etdirən 30-dan artıq rəsmi sənəd yayılıb! Yayılan sənədlərdə qeyd olunur ki, 60-cı ilin buraxılışı olan "Bakines" markalı traktora görə büdcədən ən azından 60 min manat vəsait silinib. Təkcə bir əyləc şaybasına görə 2800 manat silinib. Belə sənədlər yuzlərlədir. Oğurlanan qurğular hanı?"

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt