Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağsu sakinlərindən prezident İlham Əliyevə ilginc MÜRACİƏT
Ağsu sakinlərindən prezident İlham Əliyevə ilginc MÜRACİƏT22-10-2015, 12:32 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup ağsulu sahibkarın gileyi yerli icra strukturlarından, konkret olaraq rayon icra hakimiyyətinin (RİH) başçısı Ənvər Seyidəliyevdəndir. DİA.AZ-a yazan ağsulular bildirirlər ki, ölkədə baş verən olayları, prezidentin addım və qərarlarını dəstəkləyirlər: "Cənab prezident son addımları ilə də XALQIN YANINDA olduğunu sübut etdi. Və bu gün biz ağsulu sahibkarlar olaraq kürəyimizi hansısa kənar ünvana yox, məhz prezidentimizə söykəmişik. Amma buna baxmayaraq hələ də Ağsunun icra başçısı kimi məmurlar var ki, kimlərəsə güvənərək bizi incidir. Ənvər Seyidəliyev yenə də sahibkarlardan pul toplayır. Düşündük ki, aylıqlar dayanar. Amma əksinə, seçkini bəhanə edib, daha çox pul tələb edir. Bizdəmi ondan hüquq-mühafizə orqanlarına şikayət edək? Ayıbdır axı"... Narazı sahibkarlar daha sonra diaaz.space-a yazır: "Biz sadəcə olaraq prezidentimizdən xahiş edirik ki, Ağsuya özü xarakterində - XALQA GÜN AĞLAYAN bir başçı göndərsin... Allah prezidentimizi, onun balalarını qorusun. Və inanırıq ki, cənab prezident İlham Əliyev bizə dayaq olacaq". Geri qayıt |