Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Milli Təhlükəsizlik Naziri postuna daha bir namizəd
Milli Təhlükəsizlik Naziri postuna daha bir namizəd19-10-2015, 10:14 |
DİA.AZ: - Məlum olduğu kimi, keçən həftə prezident İlham Əliyev bir çoxları üçün gözlənilməz şəkildə Milli Təhlükəsizlik Naziri postunu tutan Eldar Mahmudovu vəzifəsindən uzaqlaşdırdı. Bu qərarın ətrafındakı müəmma isə hələ də çözülmək bilmir. Hətta bəzi qaynaqlar MTN-də həbslərin baş verdiyini də iddia edərək, cəza prosesinin davamının olacağını da qeyd edirlər. Bu arada DİA.AZ-a daxil olan informasiyadan isə aydın olur ki, hazırda boş olan MTN rəhbəri vəzifəsinə ən şanslı namizədlərdən biri kimi adı hallandırılan Dövlət Sərhəd xidmətinin rəisinin müavini Fərhad Tağızadədir. Məlumatlı mənbə diaaz.space-a açıqlamasında bildirir ki, zamanında mərhum prezident Heydər Əliyevin himayəsi altında yetişçiş Tağızadə kifayət qədər peşəkar çekist hesab olunur. Eldar Mahmudovdan sonra Fərhad Tağızadəyə stavka olunması faktı baş verərsə, o zaman bu qərar rəsmi Bakının MTN sistemində islahat niyyətinin də göstəricisi kimi qəbul olunacaq. Hələliksə bütün bunlar daha çox versiya əhəmiyyəti daşıyır... Geri qayıt |