Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mərkəzi Hərbi Poliklinikanın rəisindən nazirə şikayət olundu
Mərkəzi Hərbi Poliklinikanın rəisindən nazirə şikayət olundu13-10-2015, 10:33 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən ehtiyatda olan tibb xidməti polkovnikı Asif Vəliyev aşağıdakı mövqeyini ifadə edərək: "Hörmətli redaksiya, mən Sizin saytın daimi oxucularında biriyəm. Sizin yazılarınız obyektiv olduğu üçün, vaxtı ilə Müdafiə Nazirliyi sistemində çalışdığım üçün və baş verən qanun puzuntularına biganə qala bilmədiyim üçün gərara qəldim ki, sizin sayt vasitəsi ilə Müdafiə Naziri general polkovnik Zakir Həsənova müraciət etməkvə ona gördüyü işlərdə köməklik göstərmək istərdim", deyərək nazir Zakir Həsənova müraciətinin olduğunu bildirir. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik: "Artıq iki ilə yaxındır ki, general polkovnik Zakir Həsənov Müdafiə Naziri postuna təyin olunub. Müdafiə Naziri Zakir Həsənovun rəhbərliyi altında olduqca mühüm proseslərin getdiyi Azərbaycanın ordu sistemində islahatlar təkcə yeni silahlanma, kazarmaların, hospitalların, hərbi obyektlərin yenilənməsi ilə kifayətlənmir. Orduda baş verən müsbət dəyişikliklər hamını sevindirir. Müharibə zərurətini açıq hiss edən Azərbaycan ordusunda həm də davamlı və ciddi kadr islahatları da həyata keçirilməkdədir. Buna baxmayaraq ordudaillər boyu toplanmış və keçmiş Müdafiə Naziri Səfər Əbiyevdən miras qalmış bəzi problemlər hələ də qalmaqdadır. Bu problemlər ordunun tibb sahəsindən də yan keçməyib. Və hal hazırda da bu problemlərdən danışmaq istəyərdim. Hörmətli canab Nazir! İstəyərdim ki, Müdafiə Nasirliyinin Mərkəzi Hərbi poliklinakasında baş verən özbaşlanıqlar haqqında Sizə məlumat verim. Belə ki, Müdafiə Nazirliliyin Tibb Baş idarəsinin rəisi general mayor Əliyev Natiq Avil oğlu vəzifəsindən sui-istifadə edərək uzun müddət hərbi poliklinikanın rəisi vəzifəsində xidmət edən 1-ci dərəcəli kapitan Firudin Qarabəyovvəzifələrini məhdudlaşdırmışdı. Belə ki, poliklinikanın rəisi mülki işçiləri və MAXE hərbi qulluqçuları işə qəbul etmək üçün generalıniçazəsi “DOBRO” olduqdan sonra qəbul edə bilərdi. Bundan əlavə işə qəbul olunanlar yarım ştata qəbul olunurdu və yarım aklada calışırdı. Həmin vəzifələrin yerdə qalan yarım ştata Natiq Əliyevin qohumları və tanışları qəbul olunurdu. Və beləliklə Natiq Əliyevin qohumları işə qəlməyə qəlməyə dövlət büdcəsindən yüksək maaş alırdılar. Hərbi poliklinikada olduğu kimi diqər hərbi tibb müəsisələrində Natiq Əliyevin tapşırığı ilə şöbə və bölmə rəislərini xəstələrdən pul almağı və hər ay qabağcadan təyin olunmüş məbləği ona çatdırmağı tələb edirdi. Əks halda şöbə və bölmə rəisləri ciddi cəzalandırıla bilərdi". Müraciətin diaaz.space-a daxil olan mətnində daha sonra deyilir: "Bu məsələlər Məkrəzi Hərbi Klinik Hospitalından da yan keçmədi. Son vaxtlar Müdafıə Nazirliyin ərazisində yerləşən binaralda təmir işləri getdiyi üçün Tibb Baş İdarəsi Məkrəzi Hərbi Klinik Hospitalının ərazisində yerləşdirilmişdir. Və yuxarıda qeyd olunan məsələlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da tədbiq olunmağa başlandı. Heç kəsə sirr deyilki ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı əhaliyə pullu xidmətdə göstərir. General mayor Natiq Əliyevin tapşırığı ilə həkimlər mülkü əhalini müayınədən keçirən zaman ödəniş çeklərını tələb etmirdilər. Pullar həkimlərin özlərinə verilirdi. Bu pullar şöbə rəisləri tərəfində toplanaraq hər ayın axrında dövlət büdcəsindən yan keçərək general mayor Natiq Əliyevin cibinə daxil olurdu. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi Tofiq Tağıyev bu cür qanun pozuntularına qarşı cıxdı. Bu səbəbdən onunla general mayor Natiq Əliyevin arasında mübayisə yarandı və Tibb Baş İdarəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisindən uzağlaşdırıldı. Onuda qeyd etmək istərdim ki, general mayor Natiq Əliyevin bu cür özbaşnalığından digər həkimlər də narazıdır. Bir çox savadlı həkimlərimiz bunlara dözməyərək öz arzuları ilə ordu sıralarından təxrıs olunmaq üçün raportlar təqdim ediblər. Natiq Əliyevin bu cür əməlləri nəticəsində hərbi tibb sahəsində savadlı kadrların catışmamazlığına gətirib çıxarıb. Sonda onuda bildirmək istərdim ki, Tibb Baş İdarəsi rəisi general mayor Natiq Əliyev tabeçiliyində olan şəxsi heyəti nizamnamə ilə yox, özəl şirkət rəhbəri kimi özü qoyduğu qanunlarla idarə edir. Tibb Baş İdarəsinin şəxsi heyəti Natiq Əliyevin arxasında çox böyük güvvələr olduğunu bildiyi üçün, onun qanunsuz əməllərinə göz yummağa məçbur olur. Hörmətli canab Nazir! Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində və onun tabeçiliyində olan tibb müəssisələrində baş verən özbaşnalıqlara və qanun pozuntularına diqqət ayırmağınızı Sizdə xahiş edirəm!" diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |