Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Əgər dediyimiz korrupsiya faktları aşkarlanmasa, bizi həbs edin"...

"Əgər dediyimiz korrupsiya faktları aşkarlanmasa, bizi həbs edin"...


11-09-2015, 12:24
"Əgər dediyimiz korrupsiya faktları aşkarlanmasa, bizi həbs edin"...
DİA.AZ: - Redaksiyamıza bir qrup Laçın sakini adından müraciət ünvanlanıb. Yenə də icra başçısı Akif Səlimovun zülmündən giley edən laçınlılar DİA.AZ-a müraciətlərində yazırlar:

"Laçın Rayonun İcra Başçısının əlindən nəinki müvəqqəti məskunlaşdığımız Ağcabədi rayonu ərazisindən, hətta Azərbaycan respubliksaından qaçmalı olmuşuq. Mən həm mətbuat vastəsi ilə həmdə rəsmi ərizələrlə Ölkə Başçısına və bütün nazirliklərə müraciət etmişəm ki, A.Səlimov rayonumuzun idarə və müəssisələrini korrupsiya burulğanında boğur. Lakin nədənsə şikayət ərizələrimizə baxan yoxdur. Mən iddai edəndə ki A.Səlimov filan cinayət xarakterli əməılərin həm təşkilatçısı və həm də iştiraçsısıdır - dərhal qarşı tərəfdən "A.Səlimov Qarabağda döyüşüb ifadələri" səsləndirilir.

Bəyəm A.Səlimovun Qarabağ müharibəsində döyüşməsi onun rayonu korrupsiya burulğanında boğmasına, dövlət əmlakını qarət etməsinə və vətəndaşların hüquq və azadlıqlarını tapdamasina ayrıca status verirmi?"

Daha sonra narazı Laçın sakinləri diaaz.space-a yazırlar: "Mən DİA.AZ vastəsi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına müraciət edirəm.
Cənab Prezident!
Laçın rayon İcra Başçısı A.Səlimovun dövründə rayonumuzda yaranmış məmur özbaçnalıqı sıravi insanların dövlətə və hökumətə olan inamına zərbə vurur. Yazdığımız şikayət ərizələrinə əlaqədar Nazirliklərdə baxılmaması A.Səlimovun qanunsuzluqlarına rəvvac verilməsi kimi qiymətləndirilir. A.Səlimovun işlədiyi müddət ərzində rayon əhalisi dəfələrlə etiraz aksiyaları keçirməyə cəhd edibsə də, A.Səlimov müxtəlif yollarla haqqı boğmaqa nail ola bilib. Cənab Prezident, bir daha xahiş edirik Maliyyə Nazirliyindən komissiya ayrılsın göstərdiyimiz faktlar iştirakımız təmin olunmaqla araşdırılsın. Əgər göstərdiyimiz faktlardan da betəri, dövlət əmlakını talama, rüşvətxorluq, korrupsiya faktları aşkarlanmasa inzibati orqanlar bizi cinayət məsuliyyətinə cəlb etsin.
Laçın Rayonun Şeylanlı Kəndinin 40 nəfər Sakinləri adından.
1.Baxışov Baxış Aslan oğlu.
2.Xudayarov Baxşeyiş Salyan oğlu.
3.Mayılov Lətif Şəmil oğlu".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt