Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Səhiyyə nazirinin üsyankar müavini - Elsevər Ağayev prezidentin iradlarını nəzərə almadı?
Səhiyyə nazirinin üsyankar müavini - Elsevər Ağayev prezidentin iradlarını nəzərə almadı?29-04-2015, 14:58 |
DİA.AZ: - Məlum olduğu kimi, ölkədə manatın məzənnəsinin aşağı salınmasından sonra yerli iqtisadiyyatda ciddi silkələnmə müşahidə olundu. Əslində bu, gözlənilən idi də. Hər halda, dolların 33 faiz qədərində bahalaşması təsirsiz ötüşə bilməzdi. Amma bundan sui-istifadə edənlər də oldu və günü bu gün də var. Dövlət isə yaranmış situasiyadan öz tacir maraqları naminə istifadə edən iş adamlarına, sahibkarlara qarşı davamlı olaraq tədbirlər görməkdədir. Doğrudur, hal-hazırda iqtisadiyyat və sənaye nazirliyinin hansısa sərt cəzası müşahidə olunmur. Amma həmin ərəfədə sözügedən nazirliyin ciddi bir cəza aparatı rolunda çıxış etdiyi şübhəsiz idi. Qeyd edək ki, bu yöndə dövlət başçısının müdaxilələri da böyük rol oynamaqdadır. Məsələn, elə bu günlərdə prezident İlham Əliyev dərman bazarındakı inhisarçıların süni şəkildə qiymət artımına getməsini xüsusi olaraq vurğulamaqla yanaşı, bunun yolverilməz olduğunu söylədi. Yəni belə bir səviyyədə müdaxilələrin mövcudluğuna rəğmən hələ də bəzi işbazlar yenə də bahalaşmaya gedirlər. Bu əsnada isə xüsusi olaraq diqqətçəkəni elə dərman bazarındakı atmosferdir. Xatırladaq ki, keçən günlərdə də bu barədə informasiya vermişdik. Məlumdur ki, Azərbaycanda əksər iri biznes sahələri hansısa məmura söykənir. Elə dərman bazarında da vəziyyət belədir və bu gün səhiyyə nazirliyində keçmiş SN şefi Əli İnsanovdan qalma yeganə nazir müavini kimi tanınan Elsevər Ağayev bu gün faktiki olaraq dərman bazarında əsas qiyməti diqtə edən şəxsdir. DİA.AZ olaraq apardığımız araşdırmalar da təsdiqləyir ki, Elsevər Ağayevin nəzarəti altında olan bu sahədə hətta prezidentin müdaxilə xarakterli çıxışından sonra belə vəziyyət müsbətə doru dəyişməyib. Müsbət istiqamət bir yana, hətta elə dərmanlar var ki, onların qiyməti qalxıb da. Bu isə aşkar şəkildə nazir müavininin ölkədə yürüdülən siyasətə qarşı üsyankarlığından başqa bir şey deyil. Bu barədə diaaz.space-a danışan məlumatlı mənbə bildirir ki, əslində Elsevər Ağayev dərman bazarındakı hökmranlığını qoruya bilməsi üçün ona qiyməti endirmək yox, qaldırmaq daha sərfəlidir. Bu yolla o, ayrı-ayrı dərman satışı firmalarının və həm də öz maraqlarını təmin etmiş olur. Prezident isə bunun əksini… ən azından arzulamışdı… Qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq… Geri qayıt |