Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Yeni başçı da İsmayıllıda narazılıqları körükləməkdədir – Qərib Məmmədovun İsmayıllıdakı adamı narazılıq yaradır

Yeni başçı da İsmayıllıda narazılıqları körükləməkdədir – Qərib Məmmədovun İsmayıllıdakı adamı narazılıq yaradır


28-10-2014, 15:07
Yeni başçı da İsmayıllıda narazılıqları körükləməkdədir – Qərib Məmmədovun İsmayıllıdakı adamı narazılıq yaradır
DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Rövşən Beybutovla bağlı DİA.AZ-a sözügedən ryon sakinləri adından şikayət məktubu ünvanlanıb. Redaksiyamıza müraciət edən narazı sakinlər bildirir ki, Rövşən müəllimin kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları onlara baha başa oturmaqdadır.

Narazıların diaaz.space-a söylədiyinə görə, Rövşən Beybutovun xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilirlər və belə faktlar saysız-hesabsızdır. Narazılıqların yaranmasına daha bir səbəb kimi də Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması göstərilir:

“Belə ki, şöbədə işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verir və həmin torpaqların digər sakinlərə icarəyə verilməsinə şərait yaradırlar. Rayonda məlum hadisələrdən sonra icra başçısının dəyişilməsi torpaq şöbəsinin strukturunda da müəyyən islahatların aparılacağına ümidlər yaratdı. Lakin zaman keçdikcə bu ümidlər də sönməyə başladı”.

Rayondan aldığımız məlumatlarda mənbələr bildirirdilər ki, bir müddət əvvəl İsmayıllı sabiq başçı Nizami Ələkbərovun vəzifədən alınması belə, hələlik onun idarə üsullarının tam iflasına gətirməyib. Buna əsas səbəb isə keçmiş RİH başçısının bir çox kadrlarının hələ də öz vəzifələrində qalmasıdır. Bu məmurlardan daha çox “aktivliyi” ilə seçilənlərdən biri də məhz Rövşən Beybutovdur.

DİA.AZ-a sakinlərin bildirdiyinə görə keçmiş başçının dövründə rayon üzrə idarə və müəssisələr təyin olunmuş aylıq haqq yığımlarını da məhz bu şəxs həyata keçirirmiş. Təbii ki, bütün bu məsələlərin araşdırılması və müvafiq ölçülərin götürülməsi istiqamətində İsmayıllı RİH-nin yeni başçısı Mirdaməd Sadıqov tərəfindən lazımi addımların atılacağı heç kəsdə şübhə doğurmurdu. Lakin hadisələrin inkişafı belə deməyə əsas verir ki, Rövşən Beybutov son nəticədə rayonun yeni rəhbərliyi ilə də “dil tapmağa” müvəffəq olmuşdur:

“Mirdamət Sadıqov rayona başçı təyin olunandan bütün görüşlərində, tədbirlərində milyonlardan danışır ki, rayonumuza bir belə pul ayrılıb. Ancaq bizlər bu milyonlardan heç bir fayda görə bilmirik. Başçının bütün yaxın ətrafı az müddətdə varlanıb, yüksək imkan sahibi olub. Nizami Ələkbərovun dövründən qalan problemlərin əksəriyyəti hələ də öz həllini tapmayıb. İsmayıllının bir çox kəndlərində yollar bərbad vəziyyətdədir. Sakinlər rayon mərkəzi ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Qış aylarında şərait daha da dözülməz olur. Yağış, qar yağan kimi hər tərəf palçıqla əhatə olunur. Uşaqlar məktəbə gedə bilmirlər. Təcili yardım maşınları yollar pis olduğuna görə çağırış ünvanlarına vaxtında çatmırlar. Başçı özünü göstərmək üçün fevral və mart aylarında bir neçə dəfə sakinlərlə görüş keçirdi. Vəd verdi ki, problemlər zamanla həllini tapacaq. Amma rayon rəhbəri vətəndaşlara verdiyi sözü tutmadı. İsmayıllıda sosial problemlər yenə də öz çoxluğu ilə diqqəti çəkir...”

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt