Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mikayıl Cabbarov Elmar Vəliyevə qarşı davasına son qoymaq zorundadır

Mikayıl Cabbarov Elmar Vəliyevə qarşı davasına son qoymaq zorundadır


27-10-2014, 15:43
Mikayıl Cabbarov Elmar Vəliyevə qarşı davasına son qoymaq zorundadır
DİA.AZ: - Redaksiyamıza Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev-Mikayıl Cabbarov ədavətilə bağlı ilginc bir məlumat ötürülüb. Xəbəri verən qaynaq DİA.AZ-a bildirir ki, uzun müddətdir təhsil naziri Mikayıl Cabbarovun hədəfində olan Elmar Vəliyevə qarşı bütün çabalarının əhəmiyyətsiz olduğunu görən TN şefi artıq fikrindən daşınmalı olub.

Xatırladaq ki, Mikayıl Cabbarov hətta Elmar Vəliyevin əleyhinə «donoslar» da təşkil etməyə qalxmışdı və Gəncə şəhərində yerləşən orta məktəblərin əksəriyyətinin direktorlarına icra başçısının əleyhinə izahatlar da yazdırılmışdı. İzahatlarda göstərilirdi ki, Elmar Vəliyev onların işləmələrinə imkan vermir və guya ki, başçı orta məktəb direktorlarından aylıq haqq tələb edir.

diaaz.space-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, bu məsələ neçə müddətdir ki, «yuxarılar» tərəfindən ciddi şəkildə təftiş olunur: «Və aydın olub ki, əslində başçı ilə naziri üz-üzə qoyan məsələdə haqsız tərəf elə Mikayıl Cabbarovun özü imiş. Hər halda, Mikayıl Cabbarov icra başçısı ilə Gəncədəki uşaq bağçalarından birini atasının adına özəlləşdirməyə qalxması zamanı toqquşası olmuşdu. Və bu fakt artıq öz təsdiqini tapıb».

Mənbə onu da iddia edir ki, hətta nazirə bir daha bu məsələyə qayıtmaması da tövsiyyə olunub.

Geri qayıt