Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səlim Müslümov da Fizuli Ələkbərovun yaşadıqlarını yaşamaq zorunda qalıb

Səlim Müslümov da Fizuli Ələkbərovun yaşadıqlarını yaşamaq zorunda qalıb


24-10-2014, 14:52
Səlim Müslümov da Fizuli Ələkbərovun yaşadıqlarını yaşamaq zorunda qalıb
DİA.AZ: - Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da özündən əvəlki nazir - sabiq ƏƏSMN şefi Fizuli Ələkbərovun aqibətini yaşaya bilər. Bu barədə DİA.AZ-a məlumat verən mötəbər mənbə iddia edir ki, necə ki, Fizuli Ələkbərov İsmayıllının icra başçısı olmuş qardaşının güdazına getdi, eləcə də Səlim Müslümov da Ağsu rayon icra hakimiyyətinin baqçısı postunu tutan Ənvər Seyidəliyevin güdazına gedə bilər.

Mənbənin diaaz.space-a söylədikləri: «Ənvər Seyidəliyev təsadüfi deyil ki, bu gün barəsində ən çox şikayət olunan icra başçılarından biri, bəlkə də birincisidir. Onunla bağlı məsələ bir neçə dəfə yuxarı instansiyalarda müzakirə olunsa da, Səlim Müslümov hər dəfəsində qohumunu ilas edə bilib. Əslində bu yolla nazir özünü xilas etmiş olub. Çünki Ənvər Seyidəliyevin biabırçı formada görəvdən alınması avtomatik olaraq Səlim Müslümovu da mediatik fiqura çevirəcək və mətbuat bui şin arxasınca yürüyəcək. Necə ki, İsmayıllıdakı məlum olaylar zamanı, icra başçısı bir kənara buraxıldı, onun nazir qardaşı hədəfə alındı».

Mənbə iddia edir ki, anoloji vəziyyətlə üzləşməməsi üçün dəfələrlə nazir Müslümov qohumuna xəbərdarlıq da göndərib: «Amma görünür ki, Ənvər Seyidəliyev naziri dinləməyib. Elə buna görə də Ağsunun icra başçısının məsələsi yenidən müzakirə predmetinə çevrilib».

Məlumatı verən qaynağın bildirdiyinə görə, növbəti dəyişikliklər zamanı Ənvər Seyidəliyev barəsində də qərar veriləcək: «Təbii ki, Ağsuda İsmayıllı olayları təkrarlanmayacaq. Amma Ənvər Seyidəliyev vəzifəsindən alınsa belə, hüquqi təqibin hədəfi olacağı səbəbindən Səlim Müslümovun bu prosesdə başının ağrıyacağı heç şübhəsizdir».

Geri qayıt