Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hansı icra başçısı prezidentin ona tapşırdığı işin öhdəsindən gələ bilmir
Hansı icra başçısı prezidentin ona tapşırdığı işin öhdəsindən gələ bilmir17-10-2014, 14:52 |
DİA.AZ: - «Şimal bölgəsində Qusar, Oğuz, Siyəzən, Şəki, Xaçmaz, Cənub bölgəsində Masallı və Astara, Qərb bölgəsindən Gədəbəy, Qazax, Daşkəsən, habelə Goranboy və Ağsu rayon icra hakimiyyəti başçıları bu gün barələrində ən çox şikayətlərin olunduğu ünvanlardır. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə bildirib. Bu ilin son 9 ayının yekunlarının təftişi nəticəsində belə bir nəticəyə gəlindiyini söyləyən mənbə diaaz.space-a açıqlamasında bildirib ki, narazılığa səbəb olan icra hakimiyyəti başçılarının fəaliyyətlərindən müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlanıb: «Həmin şikayətlər analiz edilir, son yekun nəticələr «yuxarı instansiyalara» təqdim olunur. Təbii ki, bunun ardından da nələrin baş verəcəyini təxmin etək o qədər də çətin deyil. Kimi xəbərdarlıq alır, kimi də vəzifəsindən alınır. Yəni cəzasız qalan olmur. Kimsə düşünməsin ki, icra başçıları ilə bağlı etdikləri şikayətlər qulaqardına vurulur. Bu, əsla belə deyil. Bütün şikayətlər və şikayətlərə səbəb olan nədənlər ciddi şəkildə araşdırılır». Yəni buradan da belə bir qənaət hasil olur ki, gözlənilən növbəti ələmə proseslərində adları çəkilən rayonların rəhbərləri ilk olaraq hədəfə alınanlar olacaqlar. Geri qayıt |