Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Abbas Abbasovun Kremlin gözlənilən zərbəsini seyr etməkdən başqa bir yolu yoxdur
Abbas Abbasovun Kremlin gözlənilən zərbəsini seyr etməkdən başqa bir yolu yoxdur15-09-2014, 16:05 |
DİA.AZ: - «Rusiya ilə münasibətlərini qaydasına salan rəsmi Bakının da Kremldən istəyəcəkləri var. Azərbaycan tərəfi təkcə Rusiyadan Qarabağ probleminin həllində dəstək istəmir, həm də Azərbaycan hakimiyyətinə qarşı aqressiv mövqeləri ilə seçilən bir sıra şəxslərlə bağlı da müəyyən addımların atılması rəsmi Bakının tələbləri sırasındadır». Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumətdəki qaynaq əlavə olaraq bunları deyib: «Rusiyada azərbaycanlı icması arasında tanınan fiqurlardan biri - Söyün Sadıqov son prezident seçkilərində Moskvada hakimiyyətə qarşı cəbhələşməni yönəldənlərdən biri idi. Rəsmi Bakı ilə Kreml arasındakı soyuqluq aradan qalxar-qalxmaz Söyün Sadıqov Putinin müşaviri vəzifəsindən kənarlaşdırıldı. Burada Azərbaycan tərəfinin təzyiqi yüz faiz idi. İndi isə sıra Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovdadır. O da hakimiyyətə asi olanlardan biridir. Halbuki rəsmi Bakı Abbas Abbasova qarşı sonna qədər səbirli oldu. Hətta bu gün də onun oğlu deputat mandatına malikdir. Amma buna rəğmən Abbas Abbasov hakimiyyətə qarşı hərəkətlənmədə mühüm rol oynamaqla yetinmədi, həm də Rusiyada Azərbaycan diasporasını parçalayan Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri kimi də meydana atıldı ki, bunun da Bakıda unudulduğunu söyləmək doğru olmaz». Məlumatı verən mənbənin diaaz.space-a bildirdiyinə görə, yaxın günlərdə Abbas Abbasovun Rusiya ərazisindəki biznesinə ciddi zərbə vurula bilər: «Artıq bundan baş nazirin keçmiş müavininin özü də xəbərdardır. Amma çarəsiz şəkildə baş verənləri izləmək zorundadır. Çünki Rusiya onun Azərbaycandan sonra gedə biləcəyi ikinci ünvandır. Artıq Azərbaycana birdəfəlik olaraq gələ bilməyən Abbas Abbasovun Rusiyanı da itirməyə hazır olduğunu söyləmək olmaz. Ona görə də baş nazirin keçmiş müavini hazırda istənilən bir itkiyə hazırlıqlıdır». Geri qayıt |