Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hakimiyyət hansı icra başçısı ilə yollarını ayırmaq qərarını verib

Hakimiyyət hansı icra başçısı ilə yollarını ayırmaq qərarını verib


17-07-2014, 17:36
Hakimiyyət hansı icra başçısı ilə yollarını ayırmaq qərarını verib
DİA.AZ: - Gəncə, Ağsu, Şəmkir, Xaçmaz, Qusar, Gədəbəy və Ağcabədi rayon icra hakimiyyətinin başçıları, habelə Bakının Xətai, Sabunçu, Nəsimi və Xəzər rayon rəhbərləri işlərindən azad oluna bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynağın iddialarına görə, adları çəkilən rayon icra hakimiyyəti başçıları ilə bağlı qərar artıq verilib və onlar zaman-zaman işlərindən alınacaqlar.

Mənbənin diaaz.space-a söylədikləri: «Sentyabr ayından etibarən icra başçılarının ələmə prosesi start götürəcək. Eyni zamanda daha bir neçə rayonun İH başçıları ilə bağlı yerdəyişmə qərarı veriləcək. Adları çəkilən rayon rəhbərləri isə vəzifələrini birdəfəlik itirəcəklər».

Geri qayıt