Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazirin dostu Azərbaycanın büdcə pullarını talamaqla yetinmir

Nazirin dostu Azərbaycanın büdcə pullarını talamaqla yetinmir


16-07-2014, 15:10
Nazirin dostu Azərbaycanın büdcə pullarını talamaqla yetinmir
DİA.AZ: - «Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanası Azərbaycan səhiyyəsinə qara ləkədir» desək, yanılmarıq. Hər halda, bu gün başdan-başa büdcə pulları hesabına bəzədilən, lakin içi əvvəlkindən də betər çirkablığı özündə saxlayan bu səhiyyə ocağına elə girər-girməz əlini dilənçi kimi açan həkimləri gördükdə məsələnin nə yerdə odduğunun fərqinə asanlıqla vara bilirsən.

DİA.AZ bildirir ki, əslində bu xəstəxana dövlət tərəfindən əsaslı şəkildə təmir olunub. Amma maləsəf bu təmir zamanı xəstəxanının baş həkimi olan Fikrət həkimin mənimsədiyi pullar belə bu gün onu rüşvətdən yayındıra bilmir. Bunu da redaksiyamıza müraciət edən vətəndaş bildirir.

Qeyd edək ki, həmin xəstəxananın əsaslı təmiri zamanı milyonlarla büdcə pulunun səhiyyə nazirliyindəki işbaz məmurlar və hər şeyə qol çəkməklə əsas məsuliyyəti öz üzərinə götürən baş hakim tərəfindən mənimsənildiyi iddia olunur.

diaaz.space-a müraciət edən narazı vətəndaş isə bildirir ki, Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanası əməlli-başlı bazar qaydaları ilə işləyir: «Burda dövlətin güzəşt etdiyi şərtlər belə nəzərə alınmır. Xidmət başdan-başa pulludur. Hər şey də baş həkimin əli ilə həyata keçirilir. Xəstəxanaya dövlətin ayırdığı dərmanlar da baş həkimin əli ilə satışa çıxarılır. Ona görə də bir yaralı xəstə gələndə xəstə yaxını günün hansı saatı olmasına baxmayaraq ən primitiv tibbi ləvazimatları ala bilməsi üçün şəhəri ələk-vələk etməli olur».

Narazı vətəndaşın sözlərinə görə, xəstəxananın terapevtik-reanimasiya şöbəsinin müdirəsi Nəzakət Xudaverdiyeva üçün isə pul bəlkə də ən dəyərli olanıdır: «Pula görə, bu xanım tibb işçisi insan həyatını təhlükəyə atmaqdan belə çəkinmir. Bəlkə də deyə bilərdik ki, Oqtay Şirəliyevin bunlardan xəbəri yoxdur. Amma maləsəf ki, bu, belə deyil. Çünki elə baş həkim birbaşa olaraq nazirə güvənir».

Geri qayıt