Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > «Bala Heydər» Oqtay Şirəliyevin qərarlarını ciddiyə almır
«Bala Heydər» Oqtay Şirəliyevin qərarlarını ciddiyə almır16-07-2014, 14:35 |
DİA.AZ: - Azərbaycanın tanınmış iş adamlarından olan, «Şərq» bazarının və digər tanınmış biznes strukturlarının sahibi, «Bala Heydər» ləqəbi ilə tanınan Heydər Əliyev deyəsən, həm imkanlarına və həm də başqa nədənlərə söykənərək Azərbaycan dövlətinin qərarlarını da qulaqardına vurur. Əgər belə olmasaydı, Heydər Əliyevə məxsus olan - Sumqayıt şəhərində yerləşən «Atlas» klinikası ilə bağlı səhiyyə nazirliyi tərəfindən verilən qərar ciddiyə alınardı. DİA.AZ xatırladır ki, hələ xeyli əvvəlindən səhiyyə nazirliyi «Atlas» klinikasının və daha bir neçə tibb ocağının fəaliyyətini davam etdirməsinə əngəl olaraq, onların lisenziya müddətlərini uzatmayıb. «Atlas» klinikasının «Bala Heydər»ə məxsus olduğunu bildirən məlumatlı mənbə diaaz.space-a açıqlamasında vurğulayıb ki, əslində klinikanın fəaliyyəti günü bu gün də davam edir. Mənbənin söylədikləri: «Sadəcə olaraq klinika nazirlə dil tapa bilmədiyindən lisenziya müddəti uzadılmayıb. Amma nazirin müavinlərindən biri Bala Heydəri himayə etdiyindən «Atlas»da bu gün qanunsuz olaraq tibbi xidmət göstərilməkdədir». Mənbənin diaaz.space-a verdiyi xəbərə görə klinikanın Sumqayıtın həkimləri ilə biznes əlaqələri var. Yəni onlar klinikaya göndərdikləri xəstələrin sayına görə klinikadan pul alırlar. Bundan başqa klinikanın «işbazları» şəhərdə tanınan həkimlərə 1000 manatdan pul paylayırlar ki, onlar «Atlas» klinikasına xəstələri yönəltsinlər. Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq. Geri qayıt |