Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Kərəm Həsənov hələ iki vəzifə başında qalacağına əmindir

Kərəm Həsənov hələ iki vəzifə başında qalacağına əmindir


30-06-2014, 17:21
Kərəm Həsənov hələ iki vəzifə başında qalacağına əmindir
DİA.AZ: - «Mən hələ çoxlarını vəzifədən yola salacam». Bu sözlərin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri ərəm Həsənova aid olduğunu iddia edən məlumatlı mənbə DİA.AZ-a açıqlamasında bildirib ki, komitə sədri son zamanlar mətbuatda gedişi ilə bağlı məlumatların daha da intensiv xarakter almasına reaksiya verərkən məclislərin birində bu ifadəni işlədib.

Mənbənin olayla bağlı diaaz.space-a söylədikləri: «Həmin ifadənin işlədildiyi məclis keçən həftə düzənlənib. Orada zamanında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə yaxın olmuş, sonradan - Fərhad Əliyevin həbsindən sonra «kapitulyasiya» etmək məcburiyyətində qalmış vəzifəli şəxslərdən biri də iştirak edib.

Məclisdə Fərhad Əliyevin həbsdən çıxması məsələsinə toxunulub. Sonra bir nəfər komitə sədrinə bildirib ki, bəs, deyirlər sizin yerinizə Fərhad Əliyevi təyin etmək istəyirlər (bu barədə xəbər portallarından biri məlumat yayıb -red.). Kərəm Həsənov bu sözləri gülərək qarşılayıb və bildirib ki, o, hələ çoxlarını vəzifədən yola salacaq».

Mənbə diaaz.space-a onu da əlavə edib ki, bundan sonra Kərəm Həsənov yaxın çevrəsinə ona hələ parlament seçkilərinə qədər toxunulmayacağını qəti şəkildə bildirib: «Komitə sədri yaxın çevrəsini əmin edib ki, hələ ən azından iki il vəzifə başında qalacaq. Sonrası isə Allah Kərimdir…»

Geri qayıt