Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Biz üsyan edərik, amma Əsabil Qasımovun deputat seçilməsinə imkan verməyəcəyik”

“Biz üsyan edərik, amma Əsabil Qasımovun deputat seçilməsinə imkan verməyəcəyik”


13-06-2014, 15:36
“Biz üsyan edərik, amma Əsabil Qasımovun deputat seçilməsinə imkan verməyəcəyik”
DİA.AZ: - Deputat seçilənə qədər sahibkarlıq fəaliyyətilə məşğul olan deputat Əsabil Qasımovun biznes şəbəkəsinə iri şirkətlər daxildir. Bu sırada "Karmen" un və makaron məmulatlarının istehsalçısı qismində çıxış edən "Karat" dəyirmanını, "Dimes" meyvə şirələrini istehsal edən konserv zavodunu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkətini və s. göstərmək olar. Hazırda da oğlu Taleh Qasımov tərəfindən idarə olunan "Karat Holdinq" özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir.

İmişlidə yaşayan və Əsabil Qasımovun seçiciləri olan şəxslər ondan razılıq etmirlər desək, yəqin ki, yanılmarıq. Bunu həmin seçicilərlə ünsiyyət zamanı dərhal müəyyən etmək olur. Rayon sakinlərinin bu barədə DİA.AZ-a yazdığı müraciətlərində bildirilənə görə, seçkiöncəsi Əsabil Qasımovun tərəfdarları qapı-qapı gəzərək, deputat üçün təbliğat aparsalar da, o, seçki dövründə də şəxsən özü kəndlərə təşrif buyurmayıb: “Deputat seçiləndən sonra isə nəinki özü, hətta nümayəndələri belə seçicilərin taleyi ilə maraqlanmır. Müəyyən məsələlərlə bağlı seçicilər tərəfindən edilən şikayətlərə də deputat tərəfindən heç bir reaksiya verilmir. Özünün və köməkçilərinin telefonları yad nömrələr üçün daim qapalıdır. İsrarlı zənglərimizə qarşı tərəfdən cavab gəlmir”.

Lakin məsələ heç də bu deyil. DİA.AZ-a yazdıqları müraciətlərində seçiciləri bildirir ki, Əsabil Qasımova bu günlərdə imkansız bir İmişli sakini yardım üçün müraciət edib və təsadüfən deputat müraciət edən şəxsin telefonunu qaldırıb.

Sakinlər yazır: «Deputat həmin şəxsi telefondaca acılayıb və bir daha ona zəng etməməsini bildirib. Hətta əks halda polisə müraciət edəcəyini, onu həbsə atdıracağını da deyib».

Daha sonra müraciət müəllifləri diaaz.space-a yazır: «Biz başa düşə bilmirik ki, deputat nədən ötrüdür? Yox, özbaşına kef eləməsi üçün ona İmişlinin mandatı lazımdırsa, buyurub bir daha bu rayona gəlməsin. Çünki İmişli sakinləri o qədər də sadəlövh deyillər ki, Əsabil Qasımov kimi birisinə növbəti dəfə şans versin. Biz üsyan edərik, amma Əsabil Qasımovun deputat seçilməsinə imkan verməyəcəyik».

Geri qayıt