Əsas Səhifə > Güney Press, Dünya > PKK silahı yerə qoyur... TƏSLİM OLMUR!
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR!Bu gün, 10:22 |
![]() “PKK-nın silahı yerə qoyması Türkiyə üçün mühüm hadisədir. Bu, Türkiyənin hərbi-siyasi fəaliyyəti nəticəsində ortaya çıxmış reallıqdır. Bundan sonra proseslər sivil formada inkişaf edə, Türkiyə dövləti terror probleminin birdəfəlik həllinə nail ola bilər. Düşünürəm ki, məsələnin bu formada həlli Türkiyənin artan nüfuzunu daha da möhkəmləndirər”. Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında sabiq dövlət müşaviri, professor Qabil Hüseynli deyib. Professor qeyd edib ki, bu razılaşma əsasında Qəndildə olan PKK “liderləri” Türkiyənin mövcud Əfv qanunundan yararlana bilərlər: “Yəni bu qanuna uyğun olaraq bağışlanmalarını istəmələri mümkündür. Bundan sonra Türkiyədə doğulduqları yerlərdə və ya digər ölkələrdə yaşaya bilərlər”. Q. Hüseynlinin sözlərinə görə, indi dünyada dəyişim baş verir, bu səbəbdən PKK-nın mövcudluğu çətindir: “Hesab edirəm ki, bu amilin də təsiri var. Güman edirəm ki, onlar bir daha Türkiyə dövlətinə xəyanət etmək və ya terror fəaliyyətinə qayıtmaq haqqında düşünməyəcəklər”. Professor əlavə edib ki, terror problemi həll edilsə Türkiyə daha da güclənəcək: “Nəzərə almaq lazımdır ki, Türkiyə indiyə qədər terrorla mübarizəyə yüz milyardlarla dollar xərcləyib, bu pullar silah şəklində dağlara atılıb. Yəni Türkiyənin hərbi büdcəsinin önəmli hissəsi bu işə sərf olunub. Bundan sonra bu maliyyə ölkənin firavanlığı üçün xərclənəcək. Beləcə, əsas şüar “Vahid vətən, vahid dövlət, vahid bayraq!” ola bilər”. Geri qayıt |