Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı
Əsas Səhifə > Güney Press > PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı

PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı


Dünən, 17:40
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı
Türkiyədə PKK-nın fəaliyyətlərinə son qoyulması müsbət qarşılansa da, PYD/YPG kimi təşkilatların Suriyanın şimalında varlığı və ciddi mövqeyə malik olması narahatlıq doğurur.

Sözügedən qruplaşmaların mövcudluğunu davam etdirməsi Ankara üçün hansı riskləri daşıyır?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, PKK-nın Suriyadakı qolları YPG, PYD və onların təşkil etdiyi Suriya Demokratik Qüvvələri bu ölkədə hələ təslim olmayıb:

“Yəni hələ silahları Əhməd Əş-Şara hakimiyyətinə təhvil verməyiblər. Lakin buna baxmayaraq, terror fəaliyyəti ilə də məşğul deyillər. Bununla belə, Suriya Demokratik Qüvvələri rəsmi Dəməşqə silahı təhvil verəcəklərini və ölkənin quruculuq işində fəaliyyət göstərəcəklərini bildiriblər. PKK-nın Suriyadakı liderlərindən Müslim bildirmişdi ki, onların silahlı mübarizəyə əl atmasına səbəb ölkədəki xaos və Bəşər Əsəd rejiminin fəaliyyətsizliyi, eləcə də kürd toplumunun hüquqlarını müdafiə etmək zərurəti idi.

Bu gün Suriyanın ərazi bütövlüyü müdafiə olunur, problemlər öz həllini tapır. Kürdlər də tərk-silah olub hakimiyyətə tabe olurlar. Türkiyədəki vəziyyət isə Suriyadakından fərqlidir. Əvvəla, PKK terror qruplaşması 1978-ci ildə fərqli siyasi-ideoloji əsaslarla ayrılıb. Yəni leninçi, marksist, maoçu, apoçu, konfederalist, demokratik mübarizə əsasında bir ideoloji yol seçdi. Bunun yaranmasında keçmiş Sovetlərin də rolu istisna deyil. Türkiyə NATO-nun üzvü və SSRİ-nin qonşuluğunda olan ölkə idi. Buna görə də Moskva Türkiyədə pozucu fəaliyyətlə məşğul idi. Bunu da kürdlərin haqlarını müdafiə etməklə pərdələməyə çalışırdı.

PKK yarandığı dövrdə Türkiyənin ərazi məsələsinə iddiaları yox idi. Sonrakı illərdə bu iddialar ortaya çıxdı. Bu istiqamətdə kütləvi terrorlara əl atdılar”.

Politoloq qeyd edib ki, Türkiyədə bu problem hələ başa çatmayıb, çünki kürdlər və havadarları bu etnosa hüquqların verilməsini istəyirlər:

“Söhbət müəyyən ərazilərdə kürdlərə özünüidarəetmə kimi dövlətləşmə elementlərinin verilməsindən gedir. Məsələn, konfederal demokratiya bunu nəzərdə tutur. Kürdlər inanırlar ki, gələcəkdə Türkiyə ərazisində dövlət yaradacaqlar. Daha doğrusu, bir kürd-türk konfederal dövləti formalaşacaq. Eləcə də Suriyada bunu etmək istəyirlər. İraqda isə belə bir federal qurum mövcuddur.

Suriyanın yeni konstitusiyası təsdiqləndikdən sonra bu məsələ – kürdlərin siyasi və hərbi fəaliyyətinin dayandırılması – reallaşa bilər. Türkiyədə də bu məsələnin belə olacağını düşünürəm. Yəni kürdlərin davranışı konstitusiyanın təsbitindən asılı olacaq. Bundan başqa, kürdlər başqa təşkilat adı altında bu fəaliyyətə davam edə bilərlər”.

Geri qayıt