Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Dövlət qurumunun avtobusu qəzaya uğradı
Əsas Səhifə > Güney Press > Dövlət qurumunun avtobusu qəzaya uğradı

Dövlət qurumunun avtobusu qəzaya uğradı


Dünən, 17:24
Dövlət qurumunun avtobusu qəzaya uğradı
Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Ramin Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Niva” markalı avtomobildə olan sürücünün 1977-ci il təvəllüdlü həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt