Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Nikol Paşinyanın partiyası:
Nikol Paşinyanın partiyası:Dünən, 13:03 |
![]() Ermənistan müxalifətinin liderləri parlamentin qarşısına çıxarmaqdan qorxur. Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan deyib. “Robert Köçəryan və Serj Sərkisyan bu tribunada durmaqdan qorxur. Çünki onlardan heç biri siyasi baxımdan parlamentin qarşısında dayanmağa və çıxış etməyə qadir deyil. Əgər qorxmurlarsa, gəlsinlər”, - deputat bildirib. Vaaqn Aleksanyan sabiq prezidentlərin Nikol Paşinyan hökumətinin ayrı-ayrı məsələlərlə bağlı haqlı arqumentlərinə cavab verə bilmədiklərini vurğulayıb. Xatırladaq ki, Baş nazir Nikol Paşinyan ötən həftə parlamentdə çıxışı zamanı Robert Köçəryan və Serj Sərkisyanı debata çağırmışdı. Onun sözlərinə görə, hər iki sabiq prezident münaqişə dövründə aparılan danışıqlarda Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Nikol Paşinyan bunu sübut edə biləcək arqumentlərə malik olduğunu söyləmişdi. Geri qayıt |