Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi
Əsas Səhifə > Güney Press > Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi

Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi


Bu gün, 12:56
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi
"Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsi tərəfindən elan edilmiş tender ləğv edilib.

FED.az xəbər verir ki, tender Gəncə filialında yerləşən elevatorun operator, transformator və çeşidləmə binalarının dam örtüklərinin cari təmiri üzrə elan edilmişdi.

Tenderin ləğv edilməsinə səbəb olaraq “təqdim olunan təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması” (Maddə 36.1.2) göstərilib.

Tenderin ehtimal olunan qiyməti 12.373,13 AZN olaraq göstərilmişdi. Müsabiqə barədə elan 11 fevral 2025-ci il saat 16:57 tarixində dərc olunmuşdu. Təkliflərin son təqdim olunma tarixi isə 6 mart 2025-ci il saat 17:30 idi. Qeyd edək ki, zərflərin açılışı da eyni tarix və saatda – 6 mart 2025-ci il saat 17:30-da həyata keçirilməliydi.

Hazırda bu layihə üzrə yeni tender elanının verilib-verilməyəcəyi ilə bağlı rəsmi açıqlama yoxdur. Lakin mövcud infrastrukturun cari təmirə ehtiyacı olduğu üçün yaxın vaxtlarda yenidən müsabiqə elan olunacağı gözləniləndir.

Geri qayıt