Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Əsas Səhifə > Güney Press > Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir

Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir


Bu gün, 11:35
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Milyonçu bloqqer Hüseyn Həsənov İnstaqramda “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulinanı məhkəməyə verəcəyini bildirib.

Lent.az xəbər verir ki, iddiaya səbəb Mizulinanın sosial şəbəkələrdə Həsənovla bağlı açıqlamalarıdır. Bloqqer hesab edir ki, Yekaterinanın hesabı bloklanmalıdır.

2024-cü ilin iyulunda Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina bloqqeri fırıldaqçı adlandırıb və əlavə edib ki, onun Daxili İşlər Nazirliyinə müraciətindən sonra onun bir neçə şirkəti dövlətə borclarına görə bağlanıb.

Qeyd edək ki, mayın 14-də bloqqer qiyabi həbs edilib və onu 7 ilə qədər həbs gözləyir. Həsənova qarşı xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması maddəsi ilə cinayət işi açılıb. Bloqqer özü isə vergi borcunun olmadığını bildirib.

Hüseyn Həsənov axtarışa verildikdən sonra Mizulina xatırladıb ki, o, hələ 2023-cü ildə onun “infofırıldaqçılıq fəaliyyəti” ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. O, bloqqeri “nağıl danışan dələduz” adlandırıb.

Geri qayıt