Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYABu gün, 09:58 |
![]() Xəbər verildiyi kimi, 9 may günü İmişlidə rus-sovet simvollarını açıq şəkildə təbliğ edən Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin qərarı ilə rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən və qurumun üzvlüyündən azad edilib. Qərarda bununla bağlı deyilir: “İdarə heyəti şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib”. S.Səmədovun bioqrafiyasından görünür ki, o həm də 1993-cü ildən YAP-ın üzvüdür. O, vaxtilə partiyanın rayon təşkilatının “Energetik” ərazi partiya təşkilatının sədri vəzifəsində çalışıb. Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb. “Unikal”ın əldə etdiyi məlumata görə, Saleh Səmədovun İmişlidə “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var. Əvvəllər 90 AA 679 nömrəli “Rolls-Royce” ilə hərəkət edən iş adamının paytaxtda da çoxsaylı villaları, marketi, restoranları və tikinti şirkətinin olduğu deyilir. Maraqlısı budur ki, 1962-ci ildə anadan olan S.Səmədov ali təhsilini 30 yaşından sonra almağa qərar verib. O, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görünür, sonradan ali təhsil almaq qərarı birdən-birə fəhləlikdən varlanmağa gedən yolda Saleh Səmədovun vəzifə tuta bilməsi üçün əsas şərt olub. Həqiqətən də orta məktəbi bitirdikdən sonra (1981) İmişli rayon Yol İstehsalat İdarəsində fəhlə kimi işləyən Saleh Səmədov çox keçmədən müxtəlif məsul vəzifələrdə işləyib. Sonra o, özəl sektorda fəaliyyət göstərib, ard-arda müəsisələr, firmalar təsis edib. 2024-cü ilin aprel ayının sonlarında Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib. Daha bir diqqət çəkən məqam odur ki, 2024-cü ilin əvvəlində İmişli rayon Ağsaqqallar Şurasının inzibati binasında sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun 9 may günü ilə bağlı çıxışında sinəsinə “Georgi lenti”ni heç də təsadüfən taxmadığından xəbər verir. Həmçinin araşdırmamız zamanı məlum olub ki, mayın 9-da Sarıxanlı kəndində keçirilən tədbir zamanı müharibə qurbanlarına həsr olunmuş kompleksin üzərində SSRİ bayraqları çox olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib. Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib. Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə qarşı müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında dələduzluq edib. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib. Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Qeyd olunduğu kimi, artıq Saleh Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri və Ağsaqqqlar Şurasının üzvlüyündən çıxarılıb. Bəs bu qalmaqala səbəb olmuş şəxs üzvü olduğuYAP-dan da xaric ediləcəkmi? Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov bildirdi ki, bu hadisənin cəmiyyətdə birmənalı qarşılanmamasının motivlərini başa düşmək olar: “İmişlidə baş verən bu hadisəni pisləyirəm. Əvvəla, Sovet İttifaqı yoxdur. Onun bərpası mümkün deyil. Rusiya Prezidenti Vladimir Putin də çıxışlarından birində Sovet İttifaqının dağlmasının əleyhinə olduğunu, lakin daha onun bərpa olunmasının qeyri-mümkünlüyünü dilə gətirib. Belə bir reallıq şəraitində İmişlidə Ağsaqqallar Şurasının sədrinin sovet bayrağı qaldırması, ”Georgi lenti"ni taxması anlaşılan deyil. İmişlidə belə bir hadisənin baş verməsi çoxlu suallar, təəccüb və təəssüf doğurur. Bu nə deməkdir, hadisəni necə izah etmək olar? İmişlidə, eləcə də respublikamızın heç bir yerində SSRİ ilə bağlı nostalji hisslər yoxdur. Ümumiyyətlə, yeni nəsil yetişir, onlar da Sovet İttifaqı ilə bağlı ancaq kitablardan nəsə oxuyublar. Belə olan halda müstəqillik ən böyük nemətdir. İndi kimlərsə, görünür, müstəqilliyin əleyhinədir. Onlar bunu belə əməlləri ilə isbatlamaq istəyirlər. Bunu pisləyirik, qəbuledilməz yanaşmadır. Hesab edirəm ki, İmişli camaatı da birmənalı olaraq bunun əleyhinədir. Qoy, ilk növbədə belə bir addımı atan, özünü Ağsaqqallar Şurasının sədri kimi təqdim edən şəxs “bununla SSRİ ilə bağlı nostalgiya yaşayır?”, yoxsa “müstəqilliyin əleyhinədir?” suallarına cavab versin. Məsələyə Təftiş Komissiyası tərəfindən qiymət verilə bilər. Onun jurnalistlərin suallarına verdiyi cavabları da təəccüb və təəssüf doğurur". Deputat qeyd etdi ki, o şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var. Bundan sonra digər siyasi addımların atılması düzgün olar: “Mən də Təftiş Komissiyasının üzvüyəm. Biz partiya daxilində qanunazidd əməllər baş verdikdə öz mövqeyimizi ifadə edirik. İstisna deyil ki, məsələyə Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarından olan Təftiş Komissiyası qiymət verə bilər”. “Yeni Müsavat” Geri qayıt |