Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq
Əsas Səhifə > Güney Press > TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq

TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq


Dünən, 09:22
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq
Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadına işgəncə verməkdə, seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan 2003-cü il təvəllüdlü Əli Məmmədovun Ali Məhkəmədə işinə baxılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Neftçala rayon sakini Əli “TikTok” sosial şəbəkəsində Sumqayıt şəhər sakini olan Ləman (ad şərti verilib – red.) ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb. Bir müddət sonra Ləmanın hamilə olması məlum olub. Lakin daha sonra onların münasibəti pozulub. Əli qısqanclıq zəminində sevgilisini cəzalandırmaq qərarına gəlib.

İttihama görə, Əli hamilə vəziyyətində olan qeyri-rəsmi münasibətdə olduğu Ləmanın sosial şəbəkələrdə başqa kişilərlə ünsiyyət saxlamasından xəbər tutub.

21 mart 2023-cü ildə, saat 10 radələrində dostu Vaqifin kirayə qaldığı evin qonaq otağında mübahisə zamanı Ləmanın sifət nahiyəsinə çoxsaylı zərbələr vurub. Bel kəmərini çıxararaq onu üzü üstdə yerə uzadıb, kürək, sağrı və ayaq nahiyələrinə zərbələr endirib. Ləmanın qollarını kəmərlə bağlayıb, onu köməksiz vəziyyətə salıb.

Ailəsinin və özünün ünvanına nalayiq ifadələr işlədib, bir daha sosial şəbəkələrdə başqa şəxslərlə ünsiyyət saxlamayacağına söz verməsini tələb edib.

Ləman diktə olunan sözləri deyərkən Əli Məmmədov mobil telefonla videoçəkiliş aparıb. Soyunaraq qadına qarşı intim hərəkətlər edib.

Ləman ilə əvvəlcə oral, sonra qeyri-təbii yolla seksual xarakterli hərəkətlər edib. Bu hərəkətlərini də mobil telefonla çəkib.

Qadın ona yalvararaq aktiv müqavimət göstərib, seksual xarakterli hərəkətlər etmək təklifi ilə razılaşmadığını bildirib.

Əli Məmmədov yetirdiyi xəsarətlərin izlərini itirmək üçün qarşılıqlı razılaşmaya əsasən saat 14 radələrində birlikdə istintaqla müəyyən edilməyən digər evə gedib və 4 gün orada yaşayıblar.

Bundan sonra birlikdə martın 25-də Əlinin digər dostunun kirayə yaşadığı evə gediblər, saat 21 radələrində yenidən sosial şəbəkələrdə kişi cinsindən olan digər şəxslərlə ünsiyyət saxlamasını bəhanə edərək onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub.

Kəmərlə Ləmanın qollarını bağlayaraq mənzilin hamam otağına salıb. Orada onunla cinsi əlaqədə olub, üzərinə sidik ifraz edib, bu hərəkətlərini mobil telefonla çəkib.

İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 133.2.2 (aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində əzab vermə), 133.2.4 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 133.2.6 (əzab vermə - işgəncə verməklə törədildikdə) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının ümumi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4 və 133.2.6-cı maddələrindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan cinayət təqibinə xitam verilməsini, cəzadan azad olunmasını istəyib.

Bundan əlavə o, ittiham olunduğu Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi üzrə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əli Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi həmin məcəllənin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsinə tövsif edilib. Onun cəzası 5 ilə endirilib.

Bu qərardan kasasiya şikayəti və protesti ilə Ali Məhkəməyə müraciət olunub. Prokuror Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apellyasiya instansiyasına qaytarılması ilə bağlı qərar qəbul edilməsini istəyib.

Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçriilən prosesdə qərar elan olunub. Qərara görə, prokurorun protesti təmin olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin ağırlaşdırıcı hallarının müəyyən edilməsi üçün cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə başlanacaq.

Geri qayıt