Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Bunlar hamısı siyasətin təzahürləridir"
Əsas Səhifə > Güney Press > "Bunlar hamısı siyasətin təzahürləridir"

"Bunlar hamısı siyasətin təzahürləridir"


Dünən, 12:11
"Bunlar hamısı siyasətin təzahürləridir"
“İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri çox uğurlu və tarixi səfər oldu. Onun burada verdiyi mesajlar da tarixi mesajlar oldu. Və illərlə insanlarımızın, ədiblərimizin, şairlərimizin dediklərini yazdıqlarını artıq bir siyasət olaraq gündəmə gətirmək çox vacib məsələdir. Bu, bütöv Azərbaycana gedən yolun ən mühüm addımlarından biridir. Ona görə də bu səfər təqdirolunandır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu ABŞ-İsrail-İran gərginliyi fonunda İran prezidentinin Bakı səfərinin baş tutması, İsrail baş nazirinin isə Azərbaycan paytaxtına guya 5 günlük nəzərdə tutulan səfərinin baş tutmaması haqda bəhs edərkən dilə gətirib.

“İsrail baş naziri Benyamin Netanyahunun isə Azərbaycana gəlməsi məsələsi öncədən şübhəli idi. Onun gələ bilməməsi barədə təxminlər var idi. Yəni bu səfərin özü də bir mesaj idi. Amma o dərəcədə idi ki, bununla bağlı konkret olaraq mülahizə yürütmək mümkün deyildi. Bununla belə, səfərin baş tutmayacağı haqda ehtimallar böyük idi. Ona görə yox ki, kimsə Netanyahunun Bakıya gəlməsini istəmirdi-filan. Bu səfərin özünün olacağı barədə informasiyanın özü cəmiyyətə və dünyaya bir mesaj idi. Və türk dünyası da bu məsələdən ciddi bir nəticə çıxarırdı”, -deyə davamında həmsöhbətimiz əlavə edib.

“Hazırda, bilirsiz ki, Türkiyə ilə İsrail arasında həm açıq, həm də gizli müəyyən münasibətlər var. Həmin münasibətlərin də çoxu diplomatik münasibətlərdir. Və bu gün Türkiyə telekanalları və saytlarında günboyu xəbərlər Fələstinlə, Qəzza ilə başlayır, bununla da bitir. Halbuki zamanında türk dünyasında baş verən faciələrlə bağlı bu cür dolğun yanaşma yox idi. Belə bir məsələ var və bu da bir siyasətdir. Və bu siyasətdə də ciddi işlər davam etməkdədir”, - Mirmahmud Mirəlioğlu qənaətini ifadə edib.

“İndi regiondakı ən mühüm məsələlərdən biri, xatırlatdığınız ABŞ-İran münasibətləridir. Bu münasibətlər, nəinki son aylar, illər, son 50 ilə yaxın dövrün ən aktual mövzularından biridir. Və İran-Fransa İslam İnqilabının və onun yetirdiyi İran anti-İslam Respublikasının yeritdiyi siyasətin nəticəsi olaraq hər şey ortadadır və bəllidir. Odur ki, hesab edirəm ki, Amerikanın İrana qarşı əksəriyyətin “indi vuracaq!”, “sabah vuracaq” kimi həyəcanlarla gözlədiyi həlledici hücumu baş verməyəcək. Bunlar hamısı siyasətin təzahürləridir. İnşəAllah, yaşayıb hər şeyin yekununu görəcəyik. Və hər şey də normal olacaq”, -deyə partiya sədri yekunlaşdırıb.

Geri qayıt