Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Pakistanda müharibə hazırlığı:
Əsas Səhifə > Güney Press > Pakistanda müharibə hazırlığı:

Pakistanda müharibə hazırlığı:


Dünən, 17:23
Pakistanda müharibə hazırlığı:
Pakistan səhiyyə naziri Seyid Mustafa Kamal ölkədə bütün səhiyyə orqanları və xəstəxanaların yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bölgədəki mövcud gərginliyin bu tədbirləri görməyə vadar etdiyini bildirib.

“Mövcud geosiyasi iqlimi nəzərə alaraq, yarana biləcək fövqəladə halların aradan qaldırılması üçün fəal şəkildə kompleks tədbirlər həyata keçiririk”, - Kamal bildirib.

Səhiyyə Nazirliyinin sözçüsü Sacid Hüseyn Şah da söyləyib ki, İslamabad Səhiyyə Təşkilatı nazirin göstərişlərinə əsasən, paytaxtdakı bütün dövlət və özəl xəstəxanalara hərtərəfli təcili yardımla bağlı məktub göndərib.

Məktubda bütün qan qrupları üzrə lazımi qədər qan ehtiyatının saxlanmasının vacibliyi vurğulanır.

Xatırladaq ki, Hindistan mayın 6-dan 7-nə keçən gecə Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.

Pakistan baş nazirinin müşaviri Rana Sanaullah bu gün Hindistanın son təxribatlarına cavab veriləcəyini açıqlayıb:

“Pakistan özünümüdafiə hüququndan istifadə edəcək və cavab tədbirinin vaxtı və yerini Silahlı Qüvvələr müəyyən edəcək”.

Geri qayıt