Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?”
Əsas Səhifə > Güney Press > “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?”

“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?”


Dünən, 11:54
 “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?”
“Mədəniyyət və İncəsənət Universitetində “Teatr aktyorluğu” fakültəsinin kafedra müdiriyəm. Bəzən kimlərsə deyir ki, filan fakültə bağlanmalıdır, filan fakültə açılmalıdır. Bu oyun-oyuncaq deyil. Hansısa ixtisasa tələbələrin qəbul olunması üçün orada mütəxəssislər işləyirlər, universitetin elmi şurası var, müzakirə edilir və ondan sonra qərar verilir ki, filan ixtisas üzrə tələbə qəbulu olunsun. Kim hansısa ixtisası istəsə açıb-bağlaya bilməz. Bununla Elm və Təhsil Nazirliyi məşğul olur. Bu prosesi, iş prinsipini bilməyənlər ancaq belə danışa bilər. Bizim universitetdə lazımsız ixtisas yoxdur”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Azad Şükürov deyib. O daha sonra son günlər teatrlarda baş verən xoşagəlməz hadisələrdən danışıb:
“Teatrda baş verən söz-söhbətlər həddindən artıq şişirdilib. Çünki kimlərəsə sərf edir bunların şişirdilməsi. Bundan da əlavə nazirlik Akademik Milli Dram Teatrında iclas keçirdi, özü də gəlib iştirak etdi. Mən o teatrda işləmirəm, amma tamaşalarına gedirəm. Bir də Teatr Xadimləri İttifaqının sədr müavini olduğuma görə istər-istəməz maraqlanıram. Mənə elə gəlir ki, hər şey öz yoluna düşəcək. Yaradıcılıq sarsıntıları istər-istəməz lazımsız söz-söhbətlərə qalib gələcək. Mən inanıram ki, bu teatrda yaxşı tamaşalar olacaq. Orada yaxşı yaradıcı qüvvələr var. Belə baxanda Mehriban Ələkbərzadə də kifayət qədər istedadlı rejissordur. Ola bilər ki, hansısa məqamda kəskin addım atıb, bu da kimlərinsə xoşuna gəlməyib. Hərhalda mən Mehriban xanıma inanıram. İnanıram ki, o yaxşı teatr rəhbəri ola bilər. Yaxşı da işləyir, tamaşaları da var. Bu söz-söhbətlərin yavaş-yavaş aradan yığışdırılmasının tərəfdarıyam” deyə sənətkar bildirib.

Azad Şükürov bəzi həmkarlarının “İncəsənət universiteti bağlanmalıdır” sözünə də münasibət bildirib.
“Onlar bunu onunla əsaslandırırlar ki, universiteti bitirən gənclər kinolara çəkilə bilmir, teatrlarda işə düzələ bilmirlər. Bu İncəsənət universitetinin günahıdır ki, kinolar çəkilmir? İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi mütəxəssislər işsiz qalır? İnsan məntiqlə danışar. Dövlətin təhsil müəssisəsini açıb-bağlamaq mənim yaxud da onların ixtiyarında deyil” deyə sənətkar bildirib.
Azad Şükürov deyir ki, son illərdə ona təklif olunan rolları oynamaqdan imtina edir:
“Mənim içimdə həmişə bir aktyor yaşayır. Təbii ki, hansısa teatr məni dəvət edib, rol versə yəqin ki, peşiman olmaz. Son vaxtlar seriallara dəvət olunuram, amma baxıb görürəm ki, ssenari zəifdir, rollar təkrardır. Elə obrazlar var ki, mən özümü orada görmürəm. Mənim də tələbələrim var, auditoriyada durub deyərlər ki, müəllim, bu nədir çəkilmisiz? Mən bunları nəzərə alıram” deyə sənətkar bildirib.

Geri qayıt