Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakıda 1 saylı orta məktəbə «Rusiya bayrağı sancılıb» - Məktəbin direktoru müəllimlərə və şagirdlərə təzyiq edir

Bakıda 1 saylı orta məktəbə «Rusiya bayrağı sancılıb» - Məktəbin direktoru müəllimlərə və şagirdlərə təzyiq edir


5-05-2014, 15:20
Bakıda 1 saylı orta məktəbə «Rusiya bayrağı sancılıb» - Məktəbin direktoru müəllimlərə və şagirdlərə təzyiq edir
DİA.AZ: - Nəsimi rayon bir saylı orta məktəbində qeyri-adi olaylar baş verir. Bu barədə DİA.AZ-a valideynlərdən biri məlumat verib.

Narazı vətəndaş iddia edir ki, məktəbin direktoru təhsil ocağında rəsmən ruslaşdırma siyasəti yürüdür: «Hələ ilk günlərdən valideynləri övladlarını rus bölməsinə qoymağa məcbur edir. Bu azmış kimi Azərbaycan dilli bölmənin müəllimlərinə direktor tərəfindən rəsmən təzyiqlər edilir».

Vətəndaş diaaz.space-a açıqlamasında bildirir ki, Azərbaycan dilli ibtidai sinif müəllimlərinə təzyiqlər edən direktor onlara bildirir ki, bu məktəbdə bütün sinifləri rus bölməsi etmək niyyəti var: «Müəllimlərə təzyiq edir ki, 1 saylı məktəbi tərk etsinlər».

Onu da bildirək ki, 1 saylı orta məktəb buna qədər də medianın diqqət mərkəzinə düşmüşdü. O zaman isə bu məktəbin şagirdləri dərs vaxtını necə keçirmələrini internetdə paylaşmışdılar. Həmin videonu təkrarən xatırladırıq:



Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt