Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Onlar heç vaxt Türkiyə və Azərbaycana qarşı düşmənçilik fikirlərindən əl çəkməyəcəklər”
“Onlar heç vaxt Türkiyə və Azərbaycana qarşı düşmənçilik fikirlərindən əl çəkməyəcəklər”24-04-2025, 00:00 |
![]() İrəvandakı Respublika meydanında Osmanlı İmperiyasında qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə ənənəvi məşəl yürüşü keçirilib, Türkiyə və Azərbaycan bayraqları yandırılıb. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politolo Azər Qasımov ermənilərin heç vaxt öz təxribatçı niyyətlərindən tam olaraq imtina etməyəcəyini bildirib: “Ermənistanda bu gün baş verən bu hadisə bir daha sübut edir ki, ermənilər nəinki revanşist xəyallarla yaşayır, hətta əvvəlkindən çox bunu istəyirlər. İlk növbədə qeyd etmək lazımdır ki, erməni toplumu Türkiyə və Azərbaycana qarşı heç vaxt düşmənçilik fikirlərindən əl çəkməyəcəklər. İndi zəif olduqları üçün bəzi ermənilər gücsüzlükləri səbəbindən revanşist fikirlərdən əl çəkməkdən danışıqlar. Amma bu, onların ağıllarının başlarına gəlməsi səbəbindən deyil, yeni "Yerablur" qəbiristanlığı salmaq qorxusundan irəli gəlir. Yaxşı bilirlər ki, bir ağılsız hərəkət onlara baha başa gələcək. Amma gələcəkdə fürsət olarsa, yenə də revanş almaq fikri həmişə gündəmdə olacaq. Azərbaycan və Türkiyənin xoş niyyətlərini erməni toplumu sui-istismar edir, hansı ki, vaxtilə azərbaycanlılara qarşı havadarlarının köməyi ilə onların arxasında gizlənib dinc əhaliyə qarşı soyqırım səviyyəsində vəhşiliklər törədəndə heç bir mərhəmət hissi yadlarına düşmürdü. Amma Azərbaycan onlara bu mərhəməti göstərdi. Təbii ki, bu, bizimlə erməni toplumu arasında olan fərqdir. Düşməninə belə rəhmli olub mərhəmət göstərmək Türk irqinin əsas keyfiyyətidir. Erməni toplumu isə bu keyfiyyətlərdən məhrumdur. Bu baxımdan, hesab edirəm ki, ermənilərin bu gün Azərbaycan və Türkiyə bayraqlarını yandırması əslində bizə mesaj olmalıdır. Mərhəmətin də artdığı zərərlidir. Mərhəmətlə qəddarlıq arasında isə incə bir cizgi olur. Ermənilər bizi bununla sınamasınlar. Qəddar üzümüzü göstərməyə bizi məcbur etməsinlər”. Geri qayıt |