Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Orxan Fikrətoğludan sonra ARKA-ya
Orxan Fikrətoğludan sonra ARKA-ya23-04-2025, 17:09 |
![]() Dünən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) tutduğu vəzifədən azad edilərək mədəniyyət nazirinə müşavir təyin edildi. Bizim.Media xəbər verir ki, bu təyinat mədəniyyət kluarlarında agentliyin yeni rəhbərinin kim olacağı yöndə müzakirələrə səbəb olub. Kino ictimaiyyəti bu görəvin kimə həvalə olunacağı ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Sözügedən məsələ ilə bağlı biz də tanınmış kino xadimlərinin fikirlərini öyrəndik. Xalq artisti Rasim Balayev hazırda başsız qalan agentliyin yeni rəhbərinin kim olacağına dair fikir söyləməyə çətinlik çəkdiyini dedi: “Bu agentlik nazirliyin tabeliyindədir və onu nazirlik idarə edir. Ona görə də bu vəzifəyə kimin təyin olunacağını yalnız onlar bilir. Biz qarışa bilmirik. Kadr məsələsinə onlar baxırlar. Onlar bizim fikrimizlə oturub-durmurlar ki... Ona görə heç nə deyə bilmərəm. "Bəs, orda kimi görmək istəyərdiniz” sualına isə Xalq artisti belə cavab verdi: “Çətin sualdır vallah, cavab verməyə çətinlik çəkirəm. Həm kinonu bilsin, həm bu sənətə məhəbbəti olsun, başı çıxsın, obyektiv olsun.. Mən belə adam bilmirəm. Ətrafımda belə adam yoxdur. Burda peşəkarlıq da şərtdir. Amma əsas obyektiv insan, rejissorlar arasında düzgün bölgü apara bilən kadr olmalıdır. Mən belə bir adam təsəvvür eləmirəm. Bəlkə də var, amma tanımıram. Qabaq tanıyırdım, artıq onlar həyatda yoxdur”. Rejissor Elxan Cəfərov da sözügedən təyinatla bağlı ad çəkə bilmədi: “Bu barədə heç bir fikrim yoxdur. Çünki mənim də profilim yaradıcı olduğu üçün məmur işi, məmur yerdəyişməsi haqda fikir bildirə bilməyəcəm. Ümumiyyətlə bu, mənim kompetensiyama aid deyil. Amma ümid edirəm, təyin olunacaq insan kinonu bilən biri olacaq. Kim olur-olsun, biz o insana kömək etməliyik. Çünki hamımız kinonun inkişafını, irəliləməsini istəyirik”. Rejissorun fikrincə, önəmli olan həmin vəzifəyə gətirilən şəxsin səriştəli olmasıdır: “İndi bizim nazirimiz ixtisasca hüquqşünasdır, amma mədəniyyət sahəsində kifayət qədər müsbət işlər görür. Yeni işlərə imza atır, can yandırır. Ona görə də kim təyin olunur-olunsun, əsas o insan Azərbaycanı, Azərbaycan kinosunu sevsin. O qədər belə adamlar var ki... ARKA-ya rəhbər ola bilər və ixtisasından asılı olmayaraq, yaxşı işlər görə bilər. Həmişə belə məsələlərdən danışanda yadıma "qatı bakılı" dediyimiz, Bakını qurub-yaradan Əliş Ləmbəranski düşür. O adamın Bakıya aidiyyatı yox idi, əyalətdən gəlmişdi. Amma Bakını elə qaldırdı ki... Biz bu gün "Bakı mədəniyyəti" deyəndə Ləmbəranskinin adını kənarda qoya bilmirik. O mənada mən çox ümidliyəm. Mən yaradıcılıq nöqteyi-nəzərindən çox ad deyə bilərəm. Deyərəm ki, filankəs yaradıcı adamdır. Amma orada söhbət təkcə yaradıcı prosesdən getmir. Təşkilati məsələlərdən baş çıxaran, infrastrukturda əməyi, təcrübəsi olan biri olmalıdır. Bəlkə də yaradıcılıqdan daha çox məmur kimi işləyəcək insan olmalıdır”. Geri qayıt |