Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi
Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi16-03-2025, 00:13 |
![]() Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb edilib. DİN-dən "DİA-AZ"a verilən məlumata görə, hadisə martın 12-si saat 21 radələrində Xətai rayonu ərazisində baş verib. Motosikletlə ictimai yerdə davranış qaydalarını pozaraq, nəqliyyat vasitəsini insanların üzərinə sürən, həmçinin ətrafa güclü səs yayan şəxs artıq saxlanılıb. Onun 1981-ci il təvəllüdlü Masallı rayon sakini S.Həsənov (şərti) olması müəyyən edilib. Eyni zamanda saxlanılan şəxsin orta dərəcəli sərxoş vəziyyətdə olması ekspert rəyi ilə müəyyən edilib. Barəsində inzibati protokol tərtib edilən S.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə on sutkalıq həbs verilib. Geri qayıt |