Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > İndi xəbər ŞAHİN ucalığındadır...
İndi xəbər ŞAHİN ucalığındadır...15-03-2025, 13:02 |
![]() REAL yeddi il bundan qabaq canını tapşırmış,ö lmüş XƏBƏRİ yerdən qaldırdı! Baş ucalığına qədər! REAL xəbəri adi addan,mübtədadan daha yuxarı qaldırdı,BİRİNCİLİYƏ QƏDƏR! REAL sübut etdi ki,xəbəri təkcə "zibilxanalarda eşələməklə" əldə etmək olmaz,xəbərə görə həm də ŞUŞAYA,KƏLBƏCƏRƏ,MUROVA,DAVOSA qalxmaq lazımdır! Real xəbəri qarğa-quzğun dimdiyindən,leş yeyənlərin ağzından aldı,indi xəbər ŞAHİN ucalığındadır. Sən hətta şayə dalınca ləng-ləng,səndələyə-səndələyə gedəndə,artıq doğru xəbər ONUN CAYNAĞINDA olur. Bir də görürsən dünyanın ən qaranlıq xəbəri belə,REAL İŞIĞINA oturub. Bayraq uçan xalça deyil. O havadan asılı olmur,onun mütləq söykənəcəyi,dayağı olmalıdır. REAL-BAYRAQDARDIR! Bu bayrağın göyündə də,qırmızısında da,yaşılında da Real var! Real ancaq monitor arxasında kişilənmək deyil. REAL düşmən gözünü çıxaracaq qədər əzazillik simvoludur. Azərbaycanı istəməyən kor olsun! REAL DƏMİR YUMRUQDA BİRLƏŞƏN O BARMAQLARDAN BİRİDİR.Yeri gəlsə lap ŞƏHADƏT BARMAĞI! Real ərazi bütövlüyüdür! Qırmızı cizgidr! Müdafiə xəttidir, yarımmüdafiə yox! Sərhəd zolağıdır! Real həyəcan siqnalıdır! Real Levitandır! Bəlkə də bu çağırışı Real qədər heç kim etməyib: SƏN QALİBSƏN,AZƏRBAYCAN! Bu qalibiyyətin isə ən ali kürsüsünü elə on milyonluq xalq özü tutur,TUTMALIDIR! Anlayıram,bəzən belə də olur:QALİB QƏLƏBƏNİ ÖZÜ DƏ GÖZLƏMİR! Real heç vaxt Ali Baş Komandanı üç sözün birləşməsi kimi təqdim etmədi. ALİdir-adi deyil! BAŞI adi beyin qırışıqlarından ibarət deyil,çox ağıllıdır,həm də ucadır! KOMANDANlığı bütün dünya ekspertləri tərəfindən hələ də təhlil edilir! Bu ALİ,bu BAŞ,bu KOMANDAN sübut etdi ki,Avropa şurasının ən yüksək tribunasına dəvət alanlar,Azərbaycanda müttəhimlər kürsüsündə otuzdurula bilər! ƏDALƏT NAMİNƏ! ƏN BÖYÜK HAQQ- HAAQA ÖZÜMÜZÜK! REAL PREZİDENTİN KOMANDASIDIR,KRAL KLUBU DEYİL! Reala,reallığa inanan hər kəsi təbrik edirəm! Rəşad Ağayev - "DİA-AZ" Geri qayıt |