Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib
Əsas Səhifə > Güney Press > Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib

Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib


15-03-2025, 12:51
Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib
Novruz Bayramı ərəfəsində paytaxtın Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

""DİA-AZ" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş ağac və kol bitkiləri əkilib.

Eyni zamanda gün əzində paytaxtın kommunal xidmətləri Novruz bayramı ərəfəsində şəhərdə təmizliklə bağlı daxili iməcilik keçirilib.

Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-nin müracitinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqlar budanıb və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib
Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib
Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib
Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib

Geri qayıt