Əsas Səhifə > Güney Press > Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir

Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir


Bu gün, 00:23
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir
ABŞ administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğvi planlarını öyrənir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ağ Ev Dövlət Departamenti və Maliyyə Nazirliyindən məhdudiyyətlərin yumşaldılması variantlarını hazırlamağı xahiş edib. Bu addım ABŞ rəsmilərinə diplomatik və iqtisadi münasibətlərin yaxşılaşdırılması üçün Moskva ilə danışıqların bir hissəsi kimi yaxın günlərdə Rusiya rəsmiləri ilə bunu müzakirə etməyə imkan vermək məqsədi daşıyır.

Mənbələrin bildirdiyinə görə, qurumlar bəzi hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı iş adamlarına qarşı sanksiyaların ləğvi ilə bağlı təklif hazırlayır. Lakin sanksiyaları dərhal yumşaltmaq olmaz. Bundan əlavə, Vaşinqtonun bunun müqabilində nə tələb edə biləcəyi bəlli deyil.
Geri qayıt