Əsas Səhifə > Güney Press > ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib

ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib


Dünən, 08:48
ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib
Ukrayna ilə nadir torpaq metalları üzrə saziş hazırda müzakirə olunmur.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent CBS telekanalına bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Amerika və Ukrayna xalqları arasında sıx əlaqəni göstərmək üçün Ağ evə gəlməli və sazişi imzalamalı idi, lakin siyasətçi bunu “pozmaq” qərarına gəlib.

Ağ evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında baş vermiş mübahisə səbəbindən sazişin imzalanması baş tutmamışdı.

Geri qayıt