Əsas Səhifə > Güney Press > Oskar Kino Mükafatı mərasimində

Oskar Kino Mükafatı mərasimində


Dünən, 07:05
Oskar Kino Mükafatı mərasimində
Aktrisa Derel Hanna ən yaxşı montaj nominasiyasında namizədləri təqdim etməzdən əvvəl Oskar səhnəsindən "Slava Ukraine" şüarını səsləndirib.

Teleqraf xəbər verir, mükafatlandırma mərasimi bu gün Los-Ancelesdəki Dolb Teatrında baş tutub.

“Billi öldürməli” filminin ulduzu mükafatın ortaq aparıcılarından biri olub və “Ən yaxşı montaj” nominasiyasında qalibləri elan edib. Aktrisa çıxışına ukraynalıları dəstəkləyən "Slava Ukraine"sözlərlə başlayıb, həm də “sülh” işarəsi – iki barmağını yuxarı göstərib.

Xatırladaq ki, “Konklav” filminin ssenari müəllifi və digər sənətçilər də bu il "Oskar" mükafatının səhnəsindən Ukraynalılara dəstək nümayiş etdiriblər.
Geri qayıt